Duyğu - cisim və hadisələrin duyğu orqanlarına təsiri nəticəsində əmələ gələn və ya cism və hadisələrin ayrı-ayrı xassələrinin inikasından ibarət olan ən sadə psixi proses. Xarici aləm haqqında bütün məlumatları insan duyğu orqanları vasitəsi ilə əldə edir. Duyğu orqanlarına analizatorlar da deyilir. Bu analizatorlara görmə, eşitmə, qoxu, dad və orqanizmin daxilində və xaricində yerləşən ümumi hissiyat reseptorları aiddir. Duyğu vasitəsi ilə insan soyuğu, istini, işığı, qaranlığı, acını, şirini, ağrını və s. hiss edir. Duyğu bizi əhatə edən varlığın, ümumiyyətlə, bütün biliklərimizin başlanğıcı, ilkin mərhələsidir.
Qavrama - duyğu orqanları vasitəsi ilə obyektiv varlığın mərkəzi sinir sistemində əks olunmasıdır. Qavrama zamanı insan əşyanın həcmini, rəngini və digər xüsusiyyətlərini bütövlükdə dərk edir. Qavrama duyğular əsasında yaranan mürəkkəb və aktiv proses olubÇ digər psixi funksiyalarla sıx əlaqədardır. Məsələn, insanın əhvali-ruhiyyəsi, maraq dairəsi və intellektual səviyyəsindən asılı olaraq əşya və hadisələr müxtəlif cür qavranıla bilər. Rəssam təbiət mənzərəsini, yaşıllıqlar arasından axan çayı yüksək bədii vüsətlə qavradığı halda başqa birisi həmin mənzərəni sönük, məzmunsuz qavraya bilər. Və ya istirahət zamanı, yaxşı əhvali-ruhiyyədə hər hansı bir musiqini dinləyərək ondan yüksək zövq alan şəxs, ovqatı pis, yorğun olarkən həmin musiqini qıcıqlandıra bilər.
Qavrama pozuntusu 4 qrupa bölünür
Qnozis- yunan sözü olub tanımaq, idrak, a isə inkar mənasındadır. Yəni tanımanın pozulması deməkdir. Bu duyğu orqanlarının anatomik və fizioloji pozuntusu ilə deyil, beyin qabığının ali inteqrativ şöbələrinin zədələnməsi ilə bağlıdır. Aqnoziyalara başlıca olaraq beyinin orqanik pozuntularında, travmalar, şişlər, damar xəstəliklərri və s. rast gəlinir. Aqnoziyalar bütün duyğu orqanlarına aid ola bilər. Görmə - optik aqnoziyası nisbətən tez-tez rast gəlinir. Buna ruhi korluq da deyilir. Belə pozuntu zamanı xəstə hər hansı bir əşyanı baxmaqla tanıya bilmir, lakin əli ilə toxunduqda onu düzgün qavraya bilir. Görmə aqnoziyası bəzən əşyalara deyil, onların məzmununa aid ola bilər. Məsələn, xəstə hər hansı bir şəkilə baxarkən orada təsvir olunan hadisənin məzmununu başadüşə bilmir, bəzi hərfləri tanıya bilmədiyi üçün yazını oxuya bilmir (alepsiya). Bəzən not yazılarını tanıya bilmir. buna optik amuziya deyilir. Rəqəmləri, rəngləri, bir sıra hallarda isə xəstə ona yaxşı məlum olan əşyaları sanki ilk dəfə görür. Eşitmə aqnoziyası - buna "ruhi karlıq" da deyilir. Bu zaman xəstə ona tanış olan səsləri, sözləri, musiqi melodiyalarını başadüşmür.
Illuziyalar - illusio fransızcadan aldadıcı təsəvvür, yayınma mənasındadır. Başqa sözlə təhriv olunmuş qavramadır. Onun da 5 növü var: görmə, eşitmə, qoxu, dad və taktil illüziya larıdır. İlluziyalar sağlam adamlarda da rast gəlinə bilər. Məsələn, ağır eşidən və ya zəif görən adamın səs və əşyaları düzgün qavramaması, yaxud içərisində maye olan stəkana salınmış qaşığın sınmış görünməsi. Sağlam adamın illüziya görməsinə səbəb mənəvi və fiziki yorğunluğ da ola bilər. Lakin bu hal qeyri-patoloji illüziya dır. Bu sadəcə qavramanın çətinləşməsidir. Bu zaman psixi pozuntulu insanlardan fərqli olaraq sağlam insanlarda özünütənqid mövcuddur. Yəni şəxs öz səhvini düzəltmək iqtidarında olur. Lakin psixi pozuntu nəticəsində yaranan illüziya lar zamanı xəstə öz səhvini düzəltmək iqtidarında olmur və illüziya nın davam etmə müddəti psixi pozuntunun dərəcəsindən asılıdır. İlluziyanın 3 növü var:
lar hissiyatın güclənməsi fonunda - qorxu, vahimə, gərgin gözləmə zamanı təsadüf olunur. Xəstə küncdə asılmış paltonu evə girmiş oğruya, ağacın əyri budağını ona hücum rtməyə hazırlaşan zəhərli ilana, pəncərə şüşəsindən düşən kölgəni caniyə bənzədir.
lar. Bu zaman xəstə ətrafdakı obrazları fantastik bir səhnəyə bənzədir (məsələn, buludları, xalçadakı naxışları). Bu növ illüziya lar Delirios halın - alkoqol psixozu başlanqıc formasında rast gəlinir.
Hallusinasiyalar- hallucinatio latın sözü olub, qarabasma, sərsəmləmə deməkdir. Bu zaman xəstə real aləmdə mövcud olmayan obrazları görür. Bir sözlə hallusinasiyalar obyektsiz qavramadır.
Hallusinasiyalar iki qrupa bölünür: həqiqi, yalançı(psevdo h.). Həqiqi hallusinasiyada xəstənin təsvir etdiyi obrazlar ətraf mühitdə olur. Psevdo hallusinasiyalarda isə hallusinator obraz orqanizmin özündə yerləşir. Məsələn, xəstələr səslərin öz beynlərindən gəldiyini, hadisələri beyin gözü ilə gördüyünü söyləyir. Psevdo allusinasiyalar daha mürəkkəb olub özündə qavrama ilə yanaşı təfəkkür sferasını da əhatə edir.
Funksional hallusinasiyalar - digər hallusinasiyalardan fərqli olaraq real qıcıqlandırıcılar əsasında yaranır və yalnız qıcıq mənbəyi yox olduqdan sonra o da yox olur. Məsələn, qatarda gedən şəxs təkərlərin ahəngdar səsini sözlər, onun ünvanına deyilmiş müxtəlif söyüşlər kimi eşidir. Bu illüziya ya bənzəyir, lakin ondan fərqi bundadır ki, xəstə söyüşləri eşitməklə bərabər relslərin səsini də eşidir.
Psixosensor pozuntular. Bəziləri bu növ pozuntuları qavrama pozuntuları çərçivəsində deyil, ayrıca təsvir edirlər. Psixosensor pozuntular mərkəzi sinir sistemində sensor sintez prosesinin pozuntusu nəticəsində meydana çıxır. Metomorfopsiya adı altında təsvir olunan bu pozuntular əsasən 3 formada rast gəlinir.
"Psixiatriya" N.V.Ismayılov / "Maarif" nəşriyyatı / Bakı 1992