Dvaleti (gürc. დვალეთი; oset. Туалгом) — dvalların yaşadığı tarixi vilayət.
Vaxuşti Baqrationi 1745-ci ildə tərtib etdiyi "Gürcüstanın coğrafiyası" adlı əsərində Dvaletini ətraflı təsvir etmişdir.[1] Kartli-Kaxeti çarlığının Rusiyaya ilhaqından sonra 1859-cu ildə Dvaleti Tiflis quberniyasından çıxarılmış, Terek vilayətinin tərkibinə daxil edilmişdir.[2]