Dyörd Karpati (mac. György Kárpáti; 23 iyun 1935, Budapeşt – 17 iyun 2020, Budapeşt) — 1952, 1956, 1960 və 1964 Yay Olimpiya Oyunlarında iştirak Macarıstan su poloçusu. Su polosu üzrə dörd və ya daha çox olimpiya medalı qazanan səkkiz kişi idmançıdan biridir və su polosu üzrə üç olimpiya qızıl medal qazanan on kişi idmançıdan biridir.[1]
Dyörd Karpati | |||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
mac. György Kárpáti | |||||||||||||||||
| |||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||
Doğum tarixi | 23 iyun 1935 | ||||||||||||||||
Doğum yeri |
|
||||||||||||||||
Vəfat tarixi | 17 iyun 2020 (84 yaşında) | ||||||||||||||||
Vəfat yeri | |||||||||||||||||
Dəfn yeri | |||||||||||||||||
Boyu | 167 sm | ||||||||||||||||
Çəkisi | 71 kq | ||||||||||||||||
İdman növü | Su polosu | ||||||||||||||||
Komandası |
"Budapesti Kinizsi" "Ferencvárosi Torna Club" |
||||||||||||||||
Medallar
|
|||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Budapeştdə anadan olub və 1952-ci il Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Macarıstan komandasının üzvü idi. O, beş matç keçirdi və dörd qol vurdu.
Dörd il sonra o, yenidən 1956 Olimpiya turnirində qızıl medal qazanan Macarıstan komandasının üzvü idi. O, iştirak etdiyi altı qarşılaşmada ən azı altı qol vurdu (qol vuranların hamısı məlum deyil).
1960 Olimpiya Oyunlarında Macarıstan komandası ilə bürünc medal qazandı. Keçirdiyi dörd matçda beş dəfə fərqləndi.
Çıxış etdiyi son Olimpiya yarışı 1964-cü ildə Tokio şəhərində keçrilən turnirə təsadüf etdi. Artıq üçüncü Olimpiya qızıl medalını qazandığı yarış zamanı komanda ilə 6 oyunda çıxış edərək 4 qol vurmuşdu.[2]
Karpati hüquq ixtisası üzrə təhsil almış və dərəcə qazanmışdır, amma bunu heç vaxt istifadə etmədi. Bundan əlavə o, 1964- cü ildə də məşqçi dərəcəsini aldı və 1970-1980-ci illərdə milli komandada Dejö Dyarmatinin köməkçi məşqçisi kimi çalışdı. Həmin məşqçilər tandeminin ən əsas uğuru 1976 Yay Olimpiya Oyunlarında qızıl medala layiq görülməsi oldu.[3]
1982-ci ildə Karpatinin adı Beynəlxalq Üzgüçülər Şöhrət Zalına salındı və 1994-cü ildən Ölməz Macarıstan İdmançıları Assosiyasiyanın üzvü oldu.[3]
Uzun bir xəstəlikdən sonra Karpati 17 iyun 2020-ci ildə 84 yaşında vəfat etdi.[4] 2 iyul 2020-ci ildə Farkaşreti qəbiristanlığında dəfn edildi.[5]
Dyörd yəhudi olaraq anadan olmuşdur.[6] Keçmiş su polosu oyunçusu və görkəmli italyan aktyor Bad Spenser ilə onun yaxşı dostluq əlaqələri var idi.[7][8]