Dyatlov keçidi insidenti

Dyatlov keçidi insidenti — 1–2 fevral 1959-cu il tarixində Ural dağlarında 9 xizəkçinin müəmmalı şəkildə öldüyü hadisə. Hadisə Xolat-Syaxıl (rus. Холат-Сяхыл) dağının şərqində yerləşən aşırımda baş vermışdir. Bu hadisədən sonra aşırım qrupun lideri olan İqor Alekseyeviç Dyatlovun soyadı ilə adlandırılmağa başlanmışdır.

Dyatlov keçidi insidenti
Tarix 2 fevral 1959
Yeri
Qurbanlar
Ölənlərin sayı
  • 9
Zədəlilər
  • 0
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tədqiqatçılar xizəkçilərin hadisə gecəsi bilinməyən bir səbəblə çadırlarını cırmaq məcburiyyətində qaldıqlarını, yalın ayaqla −30 ° C-də və güclü qar yağışında çadırdan kənarda tapıldıqlarını demişdilər. Tapılan cəsədlərin ikisinin kəlləsində; digər ikisinin qabırğalarında sınıqlar müəyyən edilmişdir.

Hadisənin zəmini

[redaktə | mənbəni redaktə et]

1959-cu ildə Sovet İttifaqının Sverdlovsk vilayətindəki Ural dağları boyunca xizək ekspedisiyası üçün bir qrup yaradıldı.23 yaşlı radio mühəndisi olan İqor Dyatlov qrupun lideri seçildi. Səkkiz kişi və iki qadından ibarət qrupun hər bir üzvü xizək turu təcrübəsi olan təcrübəli II dərəcəli yürüşçülər idi və geri qayıtdıqdan sonra III dərəcəli sertifikat alacaqdılar. O vaxt Sovet İttifaqında mövcud olan ən yüksək sertifikat bu idi və namizədlərdən 300 kilometr (190 mil) keçməsini tələb olunurdu.

Heyət üzvləri

[redaktə | mənbəni redaktə et]
  1. Georgy Krivonischenkoy (13 yanvar 1936)
  2. Yuri Doroshenkoy (29 yanvar 1938)
  3. Zinaida Kolmogorov (12 yanvar 1937)
  4. Rüstəm Slobodin (7 fevral 1935)
  5. Alexandr Zolotaryov (2 fevral 1921)
  6. Alexandr Kolevatov (16 noyabr 1934)
  7. Ludmilla Dubinina (12 may 1938)
  8. Nicolay Vladimiroviç (5 iyun 1935)
  9. İqor Dyatlov (13 yanvar 1936)
  10. Yuriy Yudin (19 iyul 1937)

25 yanvar 1959-cu il səhərin erkən saatlarında Sverdlovsk vilayətinin şimal əyalətinin mərkəzində yerləşən şəhərə İvdel (Ивдель) qatarı ilə gəldi. Sonra bir yük maşını ilə şimalda sonuncu yaşayış məntəqəsi olan Vişay kəndinə getdilər və burada gecələdilər. Yanvarın 27-də, Qora Otortenə doğru yola düşdülər Yanvarın 28-də üzvlərdən biri, bir neçə sağlamlıq xəstəliyindən (revmatizm və anadangəlmə ürək qüsuru da daxil olmaqla) əziyyət çəkən Yuri Yudin diz və oynaq ağrıları səbəbiylə ekspedisiyanı yarımçıq saxlayaraq geri döndü. Doqquz nəfərdən ibarət qrup isə ekspedisiyaya davam etdi.

Son düşərgə yerlərində tapılan gündəliklər və kameralar hadisədən əvvəlki günə qədər qrupun gedişatını izləməyə imkan vermişdi. 31 yanvarda qrup dağlıq ərazinin kənarına gəldi və dırmaşmağa hazırlaşmağa başladılar. Meşəli bir vadidə geri dönüş üçün istifadə ediləcək çoxlu qida və avadanlıq saxlamışdılar. Ertəsi gün (1 fevral) yürüşçülər aşırımla hərəkət etməyə başladılar. Göründüyü kimi, aşırımı keçib qarşı tərəfə keçib növbəti gecə düşərgə qurmağı planlaşdırmışdılar, amma hava şəraitinin pisləşməsi — qar fırtınası və görmə qabiliyyətinin azalması səbəbindən istiqamətlərini itirmiş və qərbdə yerləşən Xolat Syaxıl zirvəsinə doğru getmişdilər. Səhvlərini başa düşdükdə, qrup, dağın yamacında dayanaraq orada düşərgə qurmaq qərarına gəldi. Yudin bu barədə, "Dyatlov yəqin ki, qazandıqları hündürlüyü itirmək istəmədiyini və düşərgə qurmağa qərar verdiyini demişdi.

Axtarış və cəsədlərin tapılması

[redaktə | mənbəni redaktə et]

Səfər planının bir hissəsi olaraq, qrup fevralın 12-də Vişaya qayıtmalı və teleqraf çəkməli idilər. Ancaq Dyatlov Yudinə dediyi kimi, gecikmə ola bilər deyə, yaxın bir neçə gündə heç kim narahat deyildi. Növbəti günlərdə polis və hərbçilər qrupdan gələn xəbərlərin olmaması nəticəsində könüllülərlə başlayan axtarış işlərində iştirak etdilər.

Fevralın 26-da xilasetmə qrupu çadırı tərk edilmiş və yararsız hala düşmüş vəziyyətdə tapdı. Çadırı tapan Mixayil Şaravin, çadırın parçalandığını və qarla örtüldüyünü bildirmişdi, lakin qrup, əşyalarını və ayaqqabılarını burada tərk etmişdi. Tədqiqatçılar daha sonra çadırdakı araşdırmalarında çadırın içəridən yırtıldığını təsdiq etmişlər. Səkkiz nəfərə aid olduğu deyilən corabların izləri meşə ərazisinə yönəlirdi. 500 metr sonra yollar qarla örtülmüşdü. Meşənin girişindəki sidr ağacının altında Yuri Krivonişenko və Yuri Doroşenkonun cəsədləri tapıldı. İkisinin də əynində yalnız alt paltarı və corab var idi. Tədqiqatçılar həmin ağac və düşərgə arasında İqor Dyatlov, Zina Kolmogorova və Rüstem Slobodinə aid daha üç cəsəd tapırlar. Tədqiqatçılar bir-birindən 150 metr məsafədə olan bu gənclərin düşərgəyə gedərkən öldüklərini düşünürlər. Cəsədlər müvafiq olaraq ağacdan 300, 480 və 630 metr məsafədə idi.

Digər dörd gəncin cəsədinə tapmaq üçün isə iki aydan çox vaxt sərf olundu. Mayın 4-də sidr ağacından 75 metr məsafədə olan cəsədləri digərlərindən daha yaxşı geyinildi. Zolotaryov Dubininanın xəz paltarını və papağını, Dubinina isə Krivonishenkonun yun şalvarı əynində idi.

Ölüm səbəbləri

[redaktə | mənbəni redaktə et]

Tapılan ilk beş cəsədin, Yuri Krivonişenko, Yuri Doroşenko, İqor Dyatlov, Zina Kolmogorova və Rüstem Slobodinin hipotermi nəticəsində öldüyü bildirildi. Slobodinin kəlləsində bir sınıq tapıldı. Tədqiqatçılar qeyd etdilər ki, bu qırıq onu yatızdıracaq, lakin öldürməyəcək ziyanda idi. Dubinina və Zolotarevin qabırğa sümükləri qırılmışdı. Dubininanın dil, göz və dodaqları yox idi. Edilən araşdırmada iki cəsədin paltarında (2 şalvar və bir sviter) normaldan daha yüksək radiasiya olduğu aşkar edilmişdir.

Digər tapıntılar

[redaktə | mənbəni redaktə et]
  • 12 yaşlı Yuri Kuntsevic, bədənlərdə qəhvəyi rəngli ləkələrin olduğunu söyləmişdi.
  • Qrupdan 50 kilometr məsafədə olan digər xizəkçilər, hadisənin baş verdiyi gecə şimalda qəribə narıncı sferaları gördüklərini bildirdi. Belə hesabatlar 1959-cu ilin yanvar-mart aylarında alınıb, lakin bunların sonradan R-7 Semyorka raket sınağı olduğu təsdiqlənmişdi.
  • Qrupun hadisə gecəsində çəkdiyi son fotoşəkildə qəribə narıncı orbeslər göstərildiyi iddia edilir.
  • Hadisə yerində qəribə bir metal parçanın olduğu bildirilir. Bu metal parçanı axtarış qrupu çəkib.
  • Tədqiqatçılar Yuri Krivonişenko və Yuri Doroşenkonun quru ağac əvəzinə yaş sidr ağacını yandırdıqlarını qeyd edir. Bu səbəblə hadisə baş verən gecə gənclərin görmə qabiliyyətini itirdikləri düşünülür.
  • Qrupun son düşərgəsi Novaya Zemlya (Sovet Rusiyasının nüvə tədqiqatları apardığı yer) və Baikonur Kosmik Bazasından (R-7 raketinin sınaqdan keçirildiyi bölgə) arasında idi.
  • Hadisə yerində qrupun ayaq izlərindən başqa heç bir xarici iz yoxdur. Bu tapıntı, yerli və ya digər əcnəbilər tərəfindən öldürüldükləri iddiasını təkzib edir.
  • Cəsədlərin sümükləri qırılsa da, kənardan vurulduğu görünmür.
  • Rüstem Slobodin'in dodaqları və üzünün sol yarısı şişmiş vəziyyətdə tapıldı. Bədənin müxtəlif hissələrinə hücum əlamətləri var. Slobodin mədəsini sıxılmış və ya partladılmış kimi idi. Cəsədin vəziyyətinə baxaraq tədqiqatçılar Slobodin'in bir şeylə mübarizə etdiyini düşünürlər. Hücum izləri, şişmiş dodaq və üzünün yarısı bu iddianı təsdiqlədiyi üçün ətrafda xarici izlərin olmaması iddianı rədd edir.
  • Axın yatağında suda olan dörd cəsədin paltarında bənövşəyi ləkələr görünür. Tədqiqatçılar bunun minerallara görə olduğunu düşünürlər.
  • Qrupun üzvlərinin; İqor Dyatlov, Yuri Krivonişenko, Rüstem Slobodin, Semyon Zolotarevə aid 4 kameranın olduğu güman edilir, lakin Dyatlovun kamerasından başqa digər kameralara nə olduğu bilinmir və izah edilmir. Semyon Zolotarev hadisə baş verən gecə çadırdan qaçarkən kamerasını özü ilə aparan yeganə şəxsdir.
  • Yuri Krivonişenkonun burnunun bir hissəsi yox idi.
  • İddiaya görə, Yuri Doroşenkonun qrupdan ayrı bir xüsusi gündəliyi var və qrupun gündəliyi ilə çadırda tapıldı. Fəlakətin dəqiq səbəbinin gündəlikdə yazıldığı deyilir.
  • Semyon Alexandrovich Zolotarev qrupun ən yaşlı üzvüdür və digər komanda üzvləri tələbə ikən, İkinci Dünya Müharibəsi illərində Qırmızı Ordu sıralarında olmuş və uzun illər çətin şəraitdə döyüşmüş bir əsgər idi.

Renni Harlin tərəfindən 2013-cü ildə "Dyatlov aşırımının sirri" filmi çəkilmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]