Dyobner-Miller reaksiyası

Dyobner-Miller reaksiyası- nominal kimyəvi reaksiya, aromatik aminlərin hansı ki, məhlulda kondesləşmiş reagent kimi iştirak edən tərkibində sink xlorid və ya xlorid turşusu sərbəst orto-vəziyyətdə olan aldehid və ketonların tsiklokondensasiyası ilə xinolinin törəmələrinin alınma metodu. 1881-ci ildə alman kimyaçıları O.Dyobner və V.Miller tərəfindən kəşf edilmişdir. Reaksiya mexanizmi Skrayp reaksiya mexanizminə oxşardır

Scheme 1. The Doebner-Miller reaction
Scheme 1. The Doebner-Miller reaction

Mexanizm[redaktə | mənbəni redaktə et]

Reaksiya mexanizmi anilin və doymamış aldehid nümunəsi üçün verilmişdir. Reaksiya əvvəlində anilin amino qrupu (1) ikiqat rabitəli C-C əlaqəsinə (C=C) hücum edir (2) Bu, enolat meydana gəlməsinə gətirib çıxarır (3).Hidrogen protonu amin qrupdan ayrılaraq enol qrupunun oksigeninə birləşir (4) Bundan sonra keton keto-enol tautomerizmi nəticəsində əmələ gəlir (5). Məhlulda olan hidrogen ionlarının təsiri ilə oksigen və azot atomları protonlaşır və qeri sabit ion(6) alınır ki, bu da molekuldaxili elektrofil birləşmə nəticəsində tərkibində iki tsikl olan maddə əmələ gətirir (7).O pratonu ayıraraq daha davamlı formaya keçir (8). Sonra qızdırıldıqda birləşmənin dehidratlaşması baş verərək ikiqat rabitəli əmələ gəlir (9).Reaksiya birləşmənin oksidləşməsi nəticəsində xinolin törəməsinin alınması ilə tamamlanır. Verilmiş konkret şəraitdə oksidləşdirici kimi elementar yod, havanın oksigeni və aromatik aminlə karbonil birləşməsinin qarşılıqlı təsiri nəticəsində Şiff əsaslı birləşmə ola bilər. [2][3].

Scheme 2. Doebner-Miller reaction mechanism
Scheme 2. Doebner-Miller reaction mechanism

Dyobner - Miller reaksiyasının mexanizmi Skrayp reaksiya mexanizminə yaxındır. Lakin fərqli cəhəti ondadır ki, göstərilmiş sintezdə doymamış karbonil birləşmələri fərqli bir şəkildə əmələ gəlir. unlar birbaşa reaksiya qarışığına əlavə edilə bilər və ya əvvəlcə doymuş aldehid və ya keton olan kroton kondensasiya metodu ilə birbaşa sintez edilə bilər [4].Verilmiş prosesdə kondensləşmiş reagentlər, yəni, sink xlorid, kükürd turşusu və xlorid turşusu mühüm rol oynayır. [4].Onlar eləcə də, Döyobner-Miller reaksiyasının axırdan əvvəlki mərhələsində iştirak edirlər, əsasən qatı turşular iştirakında 8-ci birləşmənin dehidratlaşmasını asanlaşdırır.

Modifikasıya 1[redaktə | mənbəni redaktə et]

1886-cı ildə K. Beyer göstərilmiş reaksiyanın modifikasiyasını təklif etdi. O, aromatik aminli metilketonun aldehid qarışığı ilə reaksiyası əsasında 2,4 diəvəzolunmuş xinolinlərin alınmasını nəzərdə tuturdu. Aldehid və metilketon qarışığının təsiri ilə aromatik aminlərlə reaksiya daxil olan doymamış karbonil birləşmələrini əmələ gətirir. [5].

centr

2,4-əvəz edilmiş xinolin törəmələrini əldə etmək üçün pirosirkə turşusunun metil keton kimi istifadə edilməsi təklif olunur [4] və aldehid dəyişməz olaraq qalır. Alifatik aldehidlər iştirakında pirrolidon törəmələrinin alınması reaksiyasında olduğu kimi xinolin törəmələri də aromatik aldehidlər istifadə etdikdə alınır.

Схема протекания реакции Дёбнера — Миллера при использовании пировиноградной кислоты

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. Имическая энциклопедия / Редкол.: Кнунянц И.Л. и др.. — М.: Советская энциклопедия, 1990. — Т. 2. — 673 с. — ISBN 5-85270-035-5.
  2. Дж.Дж. Ли. Именные реакции. Механизмы органических реакций. — М.: Бином. Лаборатория знаний, 2006. — 456 с. — ISBN 5-94774-368-X.
  3. Нейланд О.Я. Органическая химия. — М.: Высшая школа, 1990. — 751 с. — ISBN 5-06-001471-1.
  4. Джилкрист Т. Химия гетероциклических соединений / под ред. М.А. Юровской. — М.: Мир, 1996. — 464 с. — ISBN 5-03-003103-0.