Dyula Qroşiç

Dyula Qroşiç (mac. Gyula Grosics; 4 fevral 1926[1]13 iyun 2014[2], Budapeşt[3]) — Macarıstan milli futbol komandasında 86 dəfə oynayan və 1950-ci illərdə "Qızıl komanda"nın üzvü olan macarıstanlı qapıçı. Dünyanın ən yaxşı qapıçılarından biri hesab olunur.[4] Qroçiş iştirak etdiyi futbol oyunlarında əsasən qara forma geyindiyi üçün "Qara panter" ləqəbini almışdı.[5]

Dyula Qroşiç
Ümumi məlumatlar
Doğum tarixi 4 fevral 1926(1926-02-04)[1]
Vəfat tarixi 13 iyun 2014(2014-06-13)[2] (88 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Boyu 179 sm
Çəkisi 78 kq
Mövqeyi qapıçı
Karyerası
Gənclik karyerası
1941—1943 Doroq
Klub karyerası[* 1]
1943—1947 Doroq 61 (?)
1947—1949 Mateoş 85 (?)
1947—1949 Macarıstan Honved 125 (?)
1957—1964 Macarıstan Tatabanya 123(?)
Milli yığma[* 2]
1947—1962 Macarıstan Macarıstan milli futbol komandası 86 (?)
Məşqçisi olduğu klublar
1963 Macarıstan Tatabanya
1964—1965 Macarıstan Şalqotaryan
1979—1984 Macarıstan Volan
1966—1968 Küveyt Küveyt milli futbol komandası

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erkən həyatı

[redaktə | mənbəni redaktə et]

Dyula Qroşiç 4 fevral 1926-cı ildə Macarıstanın Doroq şəhərində anadan olmuşdur. Uşaq olarkən anası onun ruhani olmasını istəyirdi. Lakin Qroşiç 1943-cü ildə Doroq şəhərində ilk peşəkar futbol karyerasına başladı. İkinci Dünya müharibəsi dövründə o, Berlin-Roma-Tokio oxu ittifaqının tərkibində vuruşmuş və Amerika ordusu tərəfindən əsir götürülmüşdü.[6]

Futbol karyerası

[redaktə | mənbəni redaktə et]
Qroşiç Macarıstan milli futbol komandasının tərkibində, 1953-cü il

1947-ci ildə Qroşiç Macarıstan milli futbol komandasının tərkibində debüt elədi. Ard-arda üç FİFA Dünya Kubokunda Macarıstanın formasını geyinmişdi. 1954 FİFA Dünya Kuboku, 1958 FİFA Dünya Kuboku1962 FİFA Dünya Kubokunda Macarıstan futbol komandasının tərkibində oynamışdı. 1954 FİFA Dünya Kuboku oyunlarında komandası ilə gümüş medal qazandı və All Star komandasının qapıçısı seçildi.

Fərdi futbol karyerası isə yalnız öz ölkəsinin klublarında davam etdi. 1962-ci ildə futbol oyunlarına son verdi.

Ümumilikdə Qroşiç milli komandanın tərkibində 86 oyunda iştirak etmişdi. Macarıstanın 390 oyununda oynamışdı. 2011-ci ildə Macarıstanın Tatabanya futbol stadionu onun şərəfinə adlandırıldı.[7]

Sonrakı karyerası

[redaktə | mənbəni redaktə et]

Futbol karyerasını bitirdikdən sonra Qroşiç məşqçi kimi fəaliyyət göstərməyə başladı. Karyerası ərzində Macarıstanın bir sıra futbol klublarının və Küveyt milli futbol komandasının tərkibində bir sıra vəzifələrdə xidmət göstərmişdir.[8] 1990-cı ildə Macarıstanda demokratiya elan edildikdən sonra Macarıstan Demokratik Forumunun tərkibində Macarıstan parlamentinə üzv olmaq üçün namizədliyini verdi və bu da uğursuzluqla nəticələndi.[6]

  1. 1 2 Gyula Grosics // FBref.com (çd.).
  2. 1 2 http://sportgeza.hu/futball/2014/06/13/meghalt_grosics_gyula/.
  3. 1 2 Deutsche Nationalbibliothek Record #1052370705 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. "The 50 Greatest Goalkeepers in History". Bleacher Report. 27 September 2013. 29 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 September 2015.
  5. "Hungary's greatest goalkeeper Gyula Grosics dies at 88". BiharPrabha.com. IANS. 13 June 2014. 15 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 June 2014.
  6. 1 2 "Gyula Grosics, innovative goalkeeper of Hungary's Golden Team of 1950s, dies at 88". Fox News. AP. 13 June 2014. 1 June 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 June 2014.
  7. Fazekas, Zoltan. "'Magical Magyars' goalkeeper Gyula Grosics dies aged 88". Reuters. 13 June 2014. 18 June 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 June 2014.
  8. Elhunyt Grosics Gyula (Obituary) Arxiv surəti 30 sentyabr 2014 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 30 sentyabr 2014 at the Wayback Machine - FC Tatabanya  (mac.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]