Dyunların hərəkəti

Dyunun sxemi

Dyun- qum təpəsi olub, küləyin təsiri ilə yaranan müsbət relyef formasıdır. Onun külək əsən tərəfi 16 dərəcəyə qədər , daha sərt tərəfi isə 35 dərəcəyə qədər olur. Dyunların hündürlüyü 1000–1500 metr olub, uzunluğu isə bir neçə 100 km-ə çatır. O, tək olduğu halda onun kənarı aypara formasında olur, uzun kənarları isə buynuzlar adlanır. Ümumiyyətlə dyun, daimi küləklərin hərəkət istiqamətinə perpendikulyar olur. Qumlu səhralarda tək tərəfli dyunlar birləşərək zəncirvari səhralar əmələ gətirirlər. Dyunun barxandan əsas fərqi ondan ibarətdir ki, onun möhkəm tərəfi bitki örtüyü ilə örtülə bilir və bütün gücə baxmayaraq o dəyişmir və küləyin əsməsi istiqamətinə tərəf yönəlir. Dyunlar planetin müxtəlif torpaqbitki zonalarında, çayların, göllərindənizlərin qumlu sahillərində geniş yayılmışlar. Dyünların əsas xüsusiyyəti ondan ibarətdi ki, onlar küləyin köçürülməsi ilə hərəkət etmək qabiliyyətinə malikdirlər və daimi qüvvətli küləklərin təsiri ilə hərəkət edirlər. Dyunların sürəti ildə 20 metrədək ola bilər. Sahilyanı ərazilərdə onlar torpağa tərəf dərin hərəkət edirlər. Dyunların hərəkəti bir problemdir. Belə ki, onlar yolları, sahələri, otlaqları, kiçik yaşayış məntəqələrini basa bilirlər. Onlara qarşı mübarizə tədbirləri torpaqların bərkidilməsidir. Rusiyada ən yüksək dyunlar Dağıstan ərazisində, Mahaçqala yaxınlığında olub Sarıqum adlanır. Hündürlüyünə görə ikinci yerdə Kurş əyaləti durur ki, Rusiyanın Kalininqrad bölgəsindədir. Onlardan ən hündürü Efa dyunudur ki, alman müfəttişi Vilgelim Efanın şərəfinə adlandırılıb, hündürlüyü 6.5 metrə çatır.[1]

Dağıstanda Sarıqum dyunu

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Иностранцев А. А. Дюна // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.