Eşik iyəsi

Eşik iyəsi — türk xalq inancında eşiyin qoruyucu ruhu. Eşgik iyəsi və ya Esik iyəsi olaraq da deyilər. Astana iyəsi və ya Bosaqa (Busağa, Busava, Bosaha, Bosaka) iyəsi ifadələri də istifadə olunur. Monqollar Bohogo Ezen deyərlər.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Hər eşiyin qoruyucu bir ruhu vardır. Bu ruh eşikdə yatar. İnəklərin çaşmadan evlərini tapmalarını təmin edər. Heyvanları qoruyar. Eşikdə oturmaq, eşikdə danışmaq yaxşı sayılmaz, bunun səbəbi ruhun orada olmasıdır. Eşiyin bəxtlə də əlaqəsi vardır. Çünki eşik iki fərqli aləmi işarələyən əsrarəngiz bir sərhəd kimidir. İndiki vaxtda müasir bəşəri elmlərdə istifadə edilən Şüur eşiyi, Duyğu eşiyi kimi anlayışlar da bu sərhəd anlayışını ortaya qoyur. Bəzən "Qara Çuha" adı da verilir. Astana Qazaxıstanın paytaxtıdır və bu söz də eyni zamanda paytaxt deməkdir.

Qərb Sibir inanclarında "Sengi Baba" (Zengi Ata) bir "Eşik iyəsi" dir. Eşikte yaşayır və evin önündəki heyvanları qoruyar. Tatarlar arasında da "Zengi Babay" inancı məşhurdur. "Zengi Ata" nın ruhuna tapınmaq üçün xüsusi mərasimlər keçirilir, bu mərasimlərin xüsusi yeməyi olan "avuz" (ağız) südü hazırlanır. Mərasimlərə bir molla və ya xoca (qoca) dəvət edilir. Bu adam yeni doğulmuş körpələrin xeyirli olması üçün "Zengi Ata"ya dua edər. Orta asiyadaki türk dərvişləri haqqındakı köhnə qeydlərdə; "Zengi Ata" dan, türklər arasında şöhrət qazanmış türkistan şeyxlərindən biri olaraq bəhs edilir.

Azərbaycan ənənəvi inanclarına görə bir övliya olan "Qara Çuha", evin astanasında durur amma gözə görünməz. Evin eşiyinə çatıldığında, "Qara Çuha"ya salam vermək lazımdır. Bir başqa inanışa görə də eşiğin öz sahibi vardır. Bu varlığın adı, "Astana Cini" dir.

(Əş/Eş/Es) kökündən törəmişdir. Qapı pilləsi. Bir şeyin başlanğıc yeri. Bir şeyin sərhədi.

  • Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0)  (türk.)
  • Türk Mitolojisi Ansiklopedik Sözlük, Celal Beydili, Yurt Yayınevi  (türk.)