Eşqə sürgün (teleserial, 2005)

Şərqli bir ailədən olmasına baxmayaraq, bir qərbli kimi yetişdirilmiş, bütün həyatı boyu bu şəkildə yaşamış olan Xəzər Əzizoğlunun həyatı qardaşının öldürülməsi bir daha heç vaxt əvvəlki halına qayıtmamaq üzrə dəyişir. Nənəsindən zaman zaman duyduğu və uzaq bir nağılmış kimi qulaq asdığı qan davası bir anda onun yeganə həqiqəti olur. Uzun illər əvvəl Şahvar ailəsiylə aralarındakı ədavət üzündən Doğubeyazıt-dan İstanbula köçən Əzizoğulları tam sülh edilmək ərəfəsində yeni bir qurban vermişlər. Ancaq hər iki ailə də bu savaşın daha çox sürməsini istəmirlər. Bir müqavilə bağlanılmasına qərar verilir. Adətləri lazımi Əzizoğlu ailəsinə qan davasının əvəzi ödəniləcəkdir, bu bədəl də Azzam Şahvar-ın qızı Zilan olacaqdır. Fıratın üzərinə düşən də Zilanla ailə qurmaqdır. Xəzər ən başından etibarən bu fikrə qarşı çıxır. Evlənməyi heç düşünmədiyi anda işin ciddiliyinin fərqinə varır və bütün ailəsi üçün bu evliliyi qəbul edir. Aradakı sülhü gücləndirmək məqsədilə iki ailə arasında biznes tərəfdaşlığına da girilib. Zilanın İstanbula gəlməsi görünüşdə iki ailə arasında sular durulmuş kimidir. Ancaq bundan sonra Xəzərlə Zilanın mübarizəsi başlayacaqdır. İki məğrur gənc, bu məcburi evliliyi davam etdirərkən bir-birilərindən mümkün qədər uzaq durmağa çalışsa da zamanla labüd olaraq bir-birilərilə maraqlanmağa başlayırlar. Eşqbazlıq baxışlarla başlayan bu maraq zaman keçdikcə yerini heç kəsin gözləmədiyi bir eşqə qoyacaqdır.

Eşqə sürgün
türk. Aşka Sürgün
Janr Dram, Macəra
Rejissor Camal Şan
Ssenari müəllifləri Pınar Ordu, Nəşə Cehiz, Ülkər Barış, Dəniz Sərtbarut, Cüneyt Bolak, Bilal Babaoğlu, Barış Pirhəsən.
Baş rollarda Mahsun Qırmızıgül, Beren Saat, İzzət Günay, Bahri Beyat, Fırat Tanış, Hüseyn Avni Danyal, Əsli Tandoğan, Teoman Qumbaraçıbaşı, Dəniz Göyçər, Alper Qul, Maral Ünər, Ulduz Kültür, Mustafa Üstündağ, Minə Çayıroğlu
İlk baxış tarixi 7 mart 2005-ci il
Müddət 90 Dəqiqə
Ölkələr Türkiyə Türkiyə
Dil Türk dili
İl 7 Mart 2005, 5 iyun, 2006
Bölüm sayı 53

Serial haqqında[redaktə | mənbəni redaktə et]

Aktyorlar və onların obrazları[redaktə | mənbəni redaktə et]

və başqaları
Aktyor Obrazı
Mahsun Qırmızıgül Xəzər Əzizoğlu
Beren Saat Zilan Şahvar
İzzət Günay Həsən Əzizoğlu
Bahri Beyat Azzam Şahvar
Fırat Tanış Rəsul Şahvar
Hüseyn Avni Danyal Nizar Əzizoğlu
Əsli Tandoğan Dilan Şahvar
Teoman Qumbaraçıbaşı Civan/Arda Əzizoğlu
Dəniz Göyçər Bərrin Əzizoğlu
Alper Qul Cəsur Əzizoğlu
Maral Ünər Dəstan Əzizoğlu
Ulduz Kültür Sultan Şahvar