Eşted (teleqüllə)

«Eşted» (çex. Ještěd) — Liberets yaxınlığındakı Eşted dağında (dəniz səviyyəsindən 1012 metr yüksəklikdə[3]) 1966-1973-cü illərdə hiperboloid quruluşu şəklində inşa edilmiş bir bina[4]. Eşted Architekt jurnalına görə Çexiyanın XX əsrdə inşa edilən ən məşhur binasıdır[5]. Şəhərin memarlıq dominantıdır, bütün Liberest bölgəsi kimi şəhərdə olan universitet və bir futbol klubunun simvoludur. 1998-ci ildən televiziya qülləsi Çexiyanın mədəniyyət abidəsi statusuna sahibdir. 2006-cı ildə Milli Mədəniyyət abidəsi elan olunmuşdur[6].

Eşted qülləsi
(çex. Ještěd)
Xəritə
50°43′57″ şm. e. 14°59′04″ ş. u.HGYO
Ölkə
Tikilmə tarixi 1966-sentyabr 1973[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müəllifin fikrinin əsası təpənin şəklini qüllənin silueti ilə təkrarlamaq, vurğuları tamamlamaq olur.

Tikilinin hündürlüyü demək olar ki, 100 metrdir. Əsası 33 metr diametrli bir dairədə yerləşir. Layihənin müəllifi və memarı Karel Qubaçekdir, statik hesablamalarda Zdenek Patrman və interyerin həllində Otakar Binar iştirak etmişdir.

Dağın zirvəsindəki teleqüllə tikintidən əvvəl artıq burada XIX əsrin ortalarında inşa edilmiş bir otel var idi. 20-ci əsrin əvvəllərində tikili yeni bir otel ilə əvəz olunur. Hər iki taxtadan inşa edilmişdi. 1960-cı illərdə taxta bina yanmışdı[4].

Qiymətləndirilmə

[redaktə | mənbəni redaktə et]

1964-cü ildə Çexoslovakiya Memarlar İttifaqı 1962-1963-cü illər memarların icmalında tikilini yüksək qiymətləndirdi. 1969-cu ildə tikinti hələ başa çatmamış, layihənin müəllifi Karel Qubaçek Auguste Perre adına mükafata layiq görülür. Komissiya dizaynın eleqantlığını və saflığını qeyd edərək, bunun sayəsində texnoloji yeniliklərə görə binanı ətraf mənzərə ilə uğurla birləşdirirref [7]. 2000-ci ildə bina Architektə görə bina "XX əsrin ən məşhur çex tikilisi" adlandırıldı. 2005-ci ildə televiziya qülləsi iDnes jurnalına görə "Çexiyanın yeddi möcüzəsindən biri" oldu.

Çexoslovakiyada Kommunist Partiyasının hökm sürdüyü və dünyada Dəmir pərdənin qoyulduğuna görə bina çətinliklə Qərb jurnallarında dərc edildi. Qüllə Kultermannın Şərqi Avropanın Müasir Memarlığı kitabında bəhs edildi.

Dizaynın əsası 1 metr qalınlığı olan bir dairə şəklində dəmir-beton plitədir. Dəstəkləyən skelet divarının qalınlığı 30 santimetr olan diametri 5 və 13 metr olan borular şəklində müxtəlif yüksəklikdəki iki dəmir-beton silindrdən ibarətdir. Döşəmə tavanları bu postlara metal konstruksiyalarla bağlanmışdır[4].

Tətbiq olunan texnologiyaların bir çoxu yenilikçi idi və patentlərlə qorunurdu. Qüllənin yırğalanmasını boğan sarkaç cihazı çox diqqətə layiqdir.

Çex Radiosunun binasının sahibi, daim binanın lazımi təmirini həyata keçirir. 2011-ci ildə ötürücü antenaların gizlədildiyi yerlər təmir edildi. Bundan əlavə hələ də giriş yollarının, beton örtüklərin və betondan hazırlanmış fasad hissələrinin təmirə ehtiyacı vardır. Yenidənqurma həmçinin qapalı və ya elektrik naqillərin də tələb olunur.

  1. Ještěd 40 let s námi - pozvánka na výstavu Arxivləşdirilib 2015-12-08 at the Wayback Machine archiweb.cz
  2. 1 2 archINFORM (alm.). 1994.
  3. Na Ještědu dnes lidé uctili památku architekta Karla Hubáčka Arxivləşdirilib 2015-12-08 at the Wayback Machine archiweb.cz
  4. 1 2 3 Lukáš Beran. "Televizní vysílač a horský hotel Ještěd" (çex). archiweb.cz. 2007-04-01. 2015-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-04.
  5. Před rokem zemřel architekt 'Ještědu' Karel Hubáček Arxivləşdirilib 2015-12-08 at the Wayback Machine archiweb.cz
  6. Evidence památek NPU MonumNet Arxivləşdirilib 2015-12-08 at the Wayback Machine číslo rejstříku 297. Horský hotel a televizní vysílač Ještěd u Liberce
  7. name="archiweb2">Architekt Karel Hubáček se narodil před 90 lety Arxivləşdirilib 2015-12-08 at the Wayback Machine archiweb.cz