E-bələdiyyə

Elektron bələdiyyə anlayışı, bələdiyyələrin yerli özünüidarəetmə fəaliyyətlərində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqini; vətəndaşa və digər qurumlara internet vasitəsiylə böyük miqyasda xidmət göstərilməsini, qurum daxilində işçilərin kompüter şəbəkələri ilə öz aralarında fəaliyyətlərinin qurulmasını, həmçinin qurumdan kənar lazımi qurumlarla informasiya mübadiləsi fəaliyyətlərinin təşkilini əhatə edir.

Elektron bələdiyyəyə keçidin üstünlüyü ondan ibarətdir ki, ola bilər sorğu təqdim edən şəxsi maraqlandıran informasiya bələdiyyə tərəfindən bələdiyyənin saytında yerləşdirilmiş olsun. Və bu zaman artıq birbaş bələdiyyəyə müraciət etməyə ehtiyac qalmır, lazım olan informasiya saytdan götürülür. Burada həm vətəndaş həm də ki, bələdiyyə tərəfindən zaman itkisinə yol verilmir, növbələrdə durmağa ehtiyac qalmır, vətəndaş bürokratiya ilə qarşılaşmır, operativlik təmin olunur.

Bələdiyyələr xüsusi hallar nəzərdə tutulmayıbsa, bələdiyyələrin fəaliyyəti haqqında tam məlumatları, bələdiyyə üzvləri tərəfindən 6 ayda bir dəfədən az olmayaraq seçicilərinə hesabatlar verilməsini, bütün iclasların protokollarının saytda yerləşdirilməsini təmin etməlidirlər.

Bələdiyyələrin elektron bələdiyyə olması üçün ilkin şərtlər aşağıdakılardan ibarətdir:

  • kompüterləşdirmə:
  • avtomatlaşdırma prinsipinə uyğun iş rejiminə keçid:
  • İnternetə çıxışın təmin edilməsi:
  • İnternet informasiya resursunun yaradılması:
  • axtarış və emalın asanlaşdırılması üçün məlumatların mərkəzləşdirilmiş qaydada Məlumat Mərkəzində yerləşdirilməsi;
  • elektron seçkilər.

Mənbə[redaktə | mənbəni redaktə et]