1 oktyabr – Assuriyanın qədim paytaxtı Nineviya yaxınlığındakı Qauqamela adlanan yerdə Ön və Orta Asiyanın bir çox xalqlarının taleyinə təsir göstərmiş döyüş olmuşdur.
Qavqamel döyüşü — Şimali Mesopotamiyada Qavqamel çölündə Makedoniya qoşunları ilə III Dara qoşunları arasında həlledici döyüş baş verdi. Dara məğlub oldu. Əhəməni ordusunun tərkibində Azərbaycanda yaşayan alanlar, saklar və b. tayfalardan təşkil olunmuş hərbi dəstələr də vuruşmuşlar. III Dara öz yaxın adamı Bes tərəfindən öldürüldü. Əhəmənilər imperiyasına son qoyuldu.[1]