EMAP

Ascential plc (əvvəllər EMAPTop Right Group) — Birləşmiş Krallıq media şirkəti. Şirkət sərgilər, festivallar və məlumat xidmətlərində ixtisaslaşmışdır. "Ascential plc" London fond birjasında verilmişdir və FTSE 250 İndeksinin tərkib hissəsidir.

Ascential
Ümumi məlumatlar
Tipi publik məhdud məsuliyyətli şirkət[d]
Sənaye nəşriyyat işi
Təsis tarixi 1947
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi gəliri £349.3 milyon (2021)[1]
Xalis mənfəəti £38.0 milyon (2021)[1]
Əməliyyat mənfəəti £69.4 milyon (2021)[1]
ascential.com

Riçard Vinfrey 1887-ci ildə "Spalding Guardian"ı, daha sonra "Lynn News""Peterborough Advertiser"i satın almışdır. O həmçinin, "North Cambs Echo"nun fəaliyyətini başlatmışdır. Vinfrey sonradan liberal siyasətçi və kənd təsərrüfatı hüquqlarının təbliğatçısı olmuş, qəzetlər onun siyasi baxışlarını təbliğ etmək üçün istifadə edilmişdir. İkinci Dünya müharibəsi illərində Vinfreyin qəzetdən gələn gəlirlər onun oğlu Riçard Pattinson Vinfreyə keçməyə başlamışdır. 1947-ci ildə Pattinson Vinfreyin rəhbərliyi altında ailənin qəzetləri "East Midland Allied Press" (EMAP) adı altında birləşdirilmişdir.[2]

2012-ci ilin mart ayında şirkət adının "Top Right Group" olaraq dəyişdiriləcəyini və jurnalların, tədbirlər və məlumat bizneslərinin üç müstəqil şirkətə ayrılacağını elan etmişdir. "EMAP" adı o vaxt .irkətin dövriyyəsinin təxminən 18 faizini təşkil edən jurnalların fəaliyyəti üçün istifadə olunmağa davam edəcəkdi. Verilənlər bazası biznesinin adı dəyişdirilərək "4C Group", tədbirlər bölməsi isə "I2i Events Group" adlandırılmışdır.[3] Bundan sonra, 2015-ci ilin oktyabrında şirkət "EMAP" brendinin bütün nəşrlərinin fəaliyyətini sadəcə rəqəmsal formatda davam etdirəcəyini elan etmişdir.[4]

2015-ci ilin fevral ayında "Top Right Group" şirkəti "Media Business Insight" jurnalını "Mobeus Equity Partners" və "Tenzing PE"yə satmışdır.[5]

2015-ci ilin dekabrında "Top Right Group" şirkəti adını "Ascential" olaraq dəyişmişdir.[6] 2016-cı ilin fevralında şirkəti satın almaq üçün 800 milyon funt sterlinq dəyərində ilkin kütləvi təklif irəli sürülmüşdür.[7] "The Guardian Media Group" 2016 və 2017-ci illərdə "Ascential"ın özünə aid səhmlərini satmışdır.[8]

"Ascential" rəqəmsal iqtisadiyyatdakı bizneslərə yönəlmiş dörd məlumat xidməti kateqoriyasını idarə edir. Bu dörd sahə məhsul dizaynı, marketinq, satış və daxili mühit və siyasətdir.[9]

  1. 1 2 3 "Preliminary Results 2021" (PDF). Ascential. 2022-03-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 7 iyul 2022.
  2. "History". EMAP. 17 June 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 June 2016.
  3. "Emap to change name to Top Right Group and split into three". The Daily Telegraph. 28 mart 2012. 31 mart 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2012.
  4. "Emap brand to be scrapped as all its titles move digital-only". The Guardian. 5 oktyabr 2015. 25 oktyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2016.
  5. "Broadcast-owner completes management buy-out". 2015-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-10.
  6. "Guardian Media Group announces outcome of three year turnaround strategy". Guardian Media Group. 1 May 2019. 31 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 July 2022.
  7. "Guardian and Apax share £80m from Ascential flotation". The Guardian. 9 fevral 2016. 1 iyun 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2016.
  8. "Guardian Media Group announces outcome of three year turnaround strategy". Guardian Media Group. 1 May 2019. 31 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 July 2022.
  9. "Ascential - Our Brands". Ascential. 22 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 April 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]