Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Server sistemləri ilə birlikdə güc mənbəyindən daha çox axın çəkilməsi ehtiyacı ATX12V standartında onsuz da olan ancaq çox istifadə olunmayan AUX (köməkçi) konnektor yerinə 8 uclu əlavə bağlayıcı və standart 20-Pin ATX güc bağlayıcı yerinə də 24-Pin bağlayıcı görünməyə başladı. Bu standart SSI (Server System Infrastructure) server sistemləri infrastrukturu Extenden Power Supply adıyla da bilinən EPS12V olaraq adlandırılır.
EPS12V xüsusiyyətində bir güc mənbəyi 24-Pin (Şəkil 1) və köməkçi bağlayıcı (Şəkil 2) vasitəsi ilə xüsusilə Intel Xeon prosessor ilə təchiz server anakartına daha çox güc verə bilər. EPS12V standartı güc mənbəyində 450W və üstü gücü şərt edər.
EPS12V standartında bir güc mənbəyi 24 pin ATX konnektorunun əlaqələri Cədvəl 1-də, prosessor gücünü verən Processor Power Connector isə Cədvəl 2-də görülməkdədir.Göründüyü kimi 1 nömrəli Pin sabit olduqda ilk 20 uc və onun qarşısındakı 20 digər uc standart ATX kabeli ilə eynidir.Nəticə olaraq əgər 20-Pin standart ATX güc kabelini 1 nömrə sabit qalmaq şərti ilə EPS12V standartında 24-Pin Connector bağlıya bilərsiniz. (Şəkil 1)
Ancaq diqqət edilməlidir ki, bu bənzərlik çox gücə ehtiyac duyan XEON sistemləri, standart ATX12V güc mənbəyi ilə kifayətlənmək mənasında deyil. Xüsusilə bazarda USD 5-8 arası satılan "ATX P4" güc mənbələrinin server anakartları ilə istifadəsi həqiqətən çox mənasızdır.
Yenə 8-Pin'li Processor power ucu da bildiyimiz 4-Pin'li ATX12V bağlayıcı ilə bir bənzərlik daşıyır. Ancaq təbii ki kafi güc verir mənasında deyil. Cədvəl 2 isə EPS12V üçün lazımlı olan güc çıxışları görülməkdədir.