Ebrend

ebrendAzərbaycanda yaradılan ilk Tədarükçü sistemli açıq onlayn alış-veriş platforması. 2020-ci ilin mart ayında Ekspres AVM adı ilə qurulmuşdur. 2021-ci ilin mart ayında fəaliyyətə başlamışdır.[1][2][3] Devizi Gələcəyin Platformasıdır. Bu devizin seçilməsi platformanın hər zaman yeni nəsil texnologiyalarla təchiz edilməsi və Süni İntellekt (AI) istifadə etməsi ilə əlaqəlidir.[4]2022-ci ildə Ekspres AVM yeni bir beynəlxalq markanı Azərbaycana gətirərək rebrendinq etdi və adını “ebrend” olaraq dəyişdirdi.[5] ebrend Dijital Yazılım və İnformasiya Agentliyi olan AILEEN MMC məxsusdur.

ebrend
Ebrend.png
Ümumi məlumatlar
Tipi Onlayn satış
Təsis tarixi mart 2020
ebrend.az

Etibarlığı[redaktə | mənbəni redaktə et]

Platforma etibarlığı çox ciddi nəzarət altındadır. Norton Safe Web, Google Safe Web və bir neçə ciddi təhlükəsizlik sistemləri tərəfindən Yaşıl nişanla işarələnmişdir. ebrend Azərbaycanda Beynəlxalq D-U-N-S nömrəsinə sahib olan sayılı şirkətlərdən biridir.[6]

Onlayn mağaza[redaktə | mənbəni redaktə et]

Platforma tədarükçülərin rahat şəkildə onlayn mağaza açmalarını və məhsullarını birbaşa alıcılara təqdim edib satmaq imkanını təmin edir. 4 paketlə qeydiyyat prossesi başladılır. Hər paket xüsusiyyətlərinə görə fərqlənir.[7] Prossesə görə tədarükçülər ilkin mağaza qeydiyyatını qısa zaman ərzində tamamladıqdan sonra ikinci mərhələdə hüquqi və ya fiziki şəxs olaraq sənədlərinin təsdiqini həyata keçirirlər. Bu prosses alış-veriş zamanı alıcıların mağazaların həqiqiliyini şübhə altına almamasına zəmin yaradır. Çünki yalnız sənədli şəkildə təsdiq edilmiş mağazalar məhsul yerləşdirmək və satmaq imkanını əldə edirlər.

Mağaza funksiyaları[redaktə | mənbəni redaktə et]

  • Mağaza Maliyyəçisi
  • Mağaza Köməkçisi
  • Mağaza Bildirişləri
  • Mağaza Elanları
  • Endirim Kuponları
  • Sayğaclı Məhsul Endirimləri
  • Sorğu və İsmarıclar
  • Çatdırılma
  • Təsdiqlənmiş Nişanlı Mağaza
  • Mağaza İşçi/Heyət təyinatları
  • Mağaza İzləyiciləri
  • Satış Ortaqlığı
  • Məzuniyyət/Tətil Modu
  • Fakturaların Emaillə izlənməsi
  • Qruplaşmış və Kompozit məhsullar
  • Mağaza Təsdiqlənməsi
  • Mağaza Nişanları və sair xidmətlər mövcuddur.

ebrend Cib[redaktə | mənbəni redaktə et]

Bu sistem platforma daxilində bir elektron Cibdir. Yalnız istifadəçi kimi qeydiyyat keçənlərin istifadəsinə açıqdır. Keşbek (Cashback) ilə toplanan bütün vəsait burada saxlanılır. Nəğdləşdirilə bilməyən, lakin alış-veriş zamanı xərclənə bilən vasitədir. ebrend Cib ilə istənilən istifadəçi bir başqa istifadəçinin ebrend Cibinə anında vəsait göndərə bilər.

Alıcılar[redaktə | mənbəni redaktə et]

Alıcılar yalnız təsdiq edilmiş Tədarükçülərin məhsullarını almaq imkanı əldə edirlər. İstənilən məhsulu "AR İstehlakçı haqları qanunu"na əsasən 14 gün içində (bəzi xüsusi məhsullar istisna olmaqla) dəyişə və ya qaytara bilirlər. Alış zamanı ödənilən vəsaitlər ebrend tərəfindən 14 gün mühafizə edilir, dəyişdirilmə, yaxud qaytarılma zamanı alıcıya rahatlıq və güvənlik yaratmaq məqsədi daşıyır, üstəlik İstehlakçı haqları qanununu tam icra edir. Bütün alış-verişlərdə, istənilən məhsul üçün alıcı 1% keşbek qazanır. Toplanan vəsaiti növbəti alış-verişdə ebrend Cibdən ödəyə bilir. Alış-veriş yalnız kart ilə, nağdsız ödəniş şəklində həyata keçirilir. Çatdırılma sifarişi qəbul edən Mağaza tərəfindən təmin olunur. Hər alış-veriş zamanı alıcı Məsafəli Satış Müqaviləsini işarələyərək qəbul edir. Bu müqavilə Alıcı ebrend və Tədarükçü ilə müəyyən edilmiş üçtərəfli müqavilə sayılır və sifarişin qədərini müəyyən və alıcının haqlarını müdafiə edir.[8]

Yaradıcılar Klubu[redaktə | mənbəni redaktə et]

Təşəbbüs göstərərək fərdi işləyən bəy və xanmların istifadəsinə dəstək məqsədi ilə verilmişdir.

Bu prossesdə bütün rəsmi hissələri (sənədləşmə və digər) ebrend Yardıcılar Klubunun yerinə həll etməkdədir.[9] Əl işi və ya fərdi satışın qalxması, inkişaf etməsi üçün bütün şərait yaradılmışdır. Azərbaycanda tükənməkdə olan bu sahənin inkişafına sərbəst zəmin yaradılaraq fəaliyyətə verişmişdir.[10]

Reklam siyasəti[redaktə | mənbəni redaktə et]

Platforma reklama ciddi diqqət və büdcə ayırmaqdadır. Belə ki, Azərbaycanda fəaliyyət göstərən telekanallarda TV reklamı və bant şəklində, bütün sosial şəbəkələrdə isə xüsusiyyətlərinə görə reklamları durmadan yayımlanmaqdadır.[11]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycanda ilk! Ekspres AVM Bazar Yeri gəldi!". baku.news. Archived from the original on 2022-09-21.
  2. "Ekspres AVM yeni bir beynəlxalq markanı Azərbaycana gətirərək rebrendinq etdi və adını "ebrend" olaraq dəyişdirdi". www.pressa.az. 20 sentyabr 2022 tarixində arxivləşdirilib.
  3. "Tanınmış şirkət rebrendinq etdi". usinesstime.az. 2022-09-22 tarixində arxivləşdirilib.
  4. "Onlayn alış təhlükəsi və ondan qaçış". baku.news. Archived from the original on 2022-09-20.
  5. "Ekspres AVM Rebrendinq Etdi – Ebrend". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-16.
  6. "D‑U‑N‑S". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-21.
  7. "Azərbaycanın ilk Mağazalar Platforması Ekspres AVM". baku.news. Archived from the original on 2021-12-17.
  8. "ARB TV Bax Bilː Azərbaycanda yeni fəaliyyətə başlayan Ekspres AVM onlayn Alış-Veriş platforması yaradıldı". www.youtube.com. Archived from the original on 2022-09-20.
  9. "Ekspres AVM TV Banner/Bant". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-16.
  10. "Ekspres AVM". ekspres.az. Archived from the original on 2021-07-09.
  11. "Ekspres AVM Yeni Loqolu TV/SM Reklam - Commercial Ad". www.youtube.com. Archived from the original on 2022-09-22.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]