Echinopanax elatus

Hündür oplopanaks (lat. Oplopanax elatus) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin oplopanaks cinsinə aid bitki növü.

Hündür oplopanaks
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Yatıq kol bitkisi olub, az budaqlanan və ya tək gövdəli olur. Cavan gövdələrindən tez sınan kövrək iynəcikli çıxıntılar çıxır. Yarpaqları azsaylı, növbəli, uzun saplaqlı, yuxarı gövdəyə bərabər səviyyədə yerləşir. Yarpaqlarının diametri 15-35 sm, 5-7 iri, çoxlu dişcikli-pərli və saplaqlı olub, uzunluğu 6-18 sm, qısa və sıx tikancıqları vardır. Çiçəkləri kiçik, görkəmsiz, az budaqlanan, kiçik çətirli, və metal parlaqlığı olan tükcükləri vardır. Lətli meyvələri qırmızı-çəhrayı olub, çəyirdəklidir.

Xammal kimi bitkinin kök və kökümsovlarından istifadə edilir. Kökümsovları oduncaqlı olub, uzunluğu 35 sm, eni isə 2 sm, silindrik, əyilən, hətta budaqlanandır. Kökümsovu xarıcdən dairəvi, mərciməyəbənzər, həlqəvi qalınlaşan, əlavə köklərdən ibarətdir. Eyni zamanda xarıcdən uzunsov-qırışıq, qonur-bozumtul, bəzən isə narıncı ləkəli sekretor kanallara rast gəlinir. Oduncağın rəngi sarımtıl-qonur, geniş ürəkşəkilli, yumşaq ağ rəngdən ibarətdir. Kökü azsaylı, oduncaqlı olub, qalınlığı 1 sm, silindrik olmaqla, çox qatlanandır. Kökün yuxarı hissəsi uzunsov-qırışıq və qonur-qəhvəyidir. Özünəməxsus iyli, acı dadlı və yandırıcıdır.

Yüksəkdağlıq küknar, şam ağacı, tozağacı meşələrində, başlıca olaraq çürüntülü torpaqlarda və çox rütublətli yerlərdə rast gəlinir.

Bitkinin xammal kimi toplanılması payız fəslində meyvələr yetişdikdən sonra aparılır. Kökünü torpağın altından 35 sm-ə qədər dərinlikdən çıxarmaq lazımdır. Nazik doğrayaraq çardax və naves altında tor üzərində sərərək qurutmaq lazımdır.

Havası dəyişilən quru yerlərdə, stelaj və kisələrdə saxlanılmalıdır. Saxlanılma müddəti 3 ildir.

Tərkibi və təsiri

[redaktə | mənbəni redaktə et]

Kökümsov və köklərində saponinlər – exinoksozid (7%), liqnanlar (2,7-5%), efir yağı, kumarinlər (0,2%) və flananoidlər (0,9%) vardır. 

Ümumitonuslandırıcı dərmandır. Keyfiyyətli dərman xammalı kimi cavan pöhrələrindən istifadə edilir. Oplopanaksın cövhəri 70%-li spirtdə (1:5) nisbətində işlədilir. Adaptogen və tonuslandırıcı dərmandır. Cövhəriarterial təzyiqi artırır, maddələr mübadiləsinin bütün komplekslərinə müsbət təsir edir.

Kök və kökümsovlarının tərkibində (bütöv, kəsilmiş) triterpen qlükozidlər, exinoksozid vardır. Bundan başqa tərkibində fenol birləşmələri, kumarinlər və efir yağları olur. Kök və kökümsovlarının tərkibində mərkəzi sinir sistemini sakitləşdirən, hipotoniya zamanı məhlul şəklində qarışıqların tərkibində işlədilir.