Şərq toppuztikanı (lat. Echinops orientalis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü.
Şərq toppuztikanı | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Şərq toppuztikanı |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Çoxillik bitkidir. Gövdəsi sadə, düzdayanan, hündürlüyü 70-80 sm, bənövşəyi vəzili, ağ keçəvari tükcüklüdür. Yarpaqları lələkvari, uzunsov lansetvari və ya lansetvari-tikanlı, ucubiz hissələrə bölünmüşdür, yanları tikanlı-diş-dişli, üstdən yaşıl, zəif torlu və ya çılpaq, altdan ağ keçəvari tüklüdür. Başcıqları kürəvari, orta ölçülü, sarğısı təqribən 23 mm, yarpaqları çılpaq, enli deltavaridir.
Böyük Qafqazın Quba sahəsinin rayonlarında arandan aşağı, bəzən orta dağ qurşağına kimi yayılmışdır. Quru yamaclarda, qurumuş çay yataqlarında, çöllüklərdə, bəzən bostanlarda bitir.