Edafik amillər- canlı orqanizmlərin həyatına və yayılmasına təsir göstərən torpaq şəraiti. Torpağın su, hava və temperatur rejimi, onun kimyəvi tərkibi və strukturu edafik amillərə daxildir.
Edafik faktor-torpağın xüsusiyyətləri ilə təyin olunan faktor.
Edafik faktorlar-canlı orqanizmlərin həyatına və yayılmasına təsir göstərən torpaq şəraiti. Aşağıdakılara bölünür: kimyəvi-torpağın reaksiyası, duz rejimi (faydalı və zərərli duzlar), torpağın elementar ümumi tərkibi, torpağın uducu kompleksi və udma qabiliyyəti; fiziki xassələri su, hava və istilik rejimi, torpağın sıxlığı, mexaniki tərkibi, strukturu, rəngi, qalınlığı, qrunt suyunun dərinliyi, ana süxurun xarakteri;torpaqda bioedafik-torpaqda olan bitki və heyvan orqanizmləri. Edafik faktorlar bitki örtüyünün xarakterinə təsir göstərir, bu baxımdan bitkiləri spesifik ekoloji qruplara bölünür: kalsiyefil, kalsiyefob, holofit, hipsofit, psammofit, litofit və s.
Edafik irqsubstrat (torpaq) faktorlarının təsiri altında xüsusiyyətlər yaranan irq.
Edafik klimaks-pedoklimaks -iqlim və təkamül səbəblərindən başqa ekosistemin son (final), nisbi davamlı inkişaf fazası, həmçinin torpaq şəraiti ilə müəyyən edilir (nəzarət edilir).
Edafik klimaks (pedoklimaks) - 1) bitki örtüyünün «final», nisbətən davamlı inkişaf fazası; iqlimlə yanaşı, həmçinin torpaq bitmə şəraitini (çökək yerlərdə izafi rütubətlənmə, daşlılıq dərəcəsi və s.) ilə müəyyən edilir.
Effektli doza-ionlaşdırıcı gücə malik şüalanma, insan orqanizminin və onun ayrı-ayrı orqanlarının şüalanmaya həssaslığını nəzərə almaqla şüalanmanın mənfi təsirinin mümkün risk dərəcəsini və nəticələrini ifadə edir.