Edelveys (lat. Leontopodium)[1] - mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.[2]
Edelveys | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Edelveys |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Çiçәk qrupu az-çox sıxlıqlı yumaqcıqlar, yaxud mürәkkәb yarımçәtirlәr (bәzәn tәk sәbәtciklәr) kimi topalanmış sәbәtcikdir; adәtәn, Edelveysә xas “ulduz” fiquru әmәlә gәtirәn keçә tüklü uc yarpaqları ilә әhatәlәnmiş olur. Avrasiya dağlarında (Qafqaz vә Ön Asiyadan başqa) 30-adәk növü mәlumdur. Şәrqi Sibir vә Uzaq Şәrqdә 6–8, Orta Asiyada 2, Karpat dağlarında 1 növü bitir. Başlıca olaraq dağ-çöl vә yüksәk dağlıq qurşaqlarda (5000 m-әdәk yüksәklikdә) olur. Alp Edelveysi (L.alpinum) xüsusilә çox yayılmışdır. Qeyri-adi gözәlliyinә görә çox dәrilәn Edelveysin, demәk olar ki, nәsli kәsilmişdi. “Qırmızı kitab”a daxil edilmiş vә mühafizә olunur. Dәlicincilimin bir növü hәmçinin Krım Edelveysi adlanır.
İkiləpəlilər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |