Eduar Leon Skott de Martenvil (fr. Edouard-Leon Scott de Martinville; 25 aprel 1817 - 26 aprel 1879) — fransız naşir, kitabxanaçı və kitab ticarətçisi.
Eduar Leon Skott de Martenvil 25 aprel 1817-ci ildə Parisdə anadan olmuşdur.
Eduar Leon Skott de Martenvil 1853-cü ildə dünyada ilk səsyazma cihazı olan fonoavtoqraf qurğusunu kəşf etmişdir.
25 mart 1857-ci ildə Fransa hökuməti Skotta kəşf etdiyi fonoavtoqraf qurğusu üçün patent vermişdir. Məhz bu qurğunun konstruksiyası əsasında sonradan fonoqraf və qrammofon yaradılmışdır.