Eduardo Qaleano

Eduardo Qaleano (3 sentyabr 1940[2][3][…], Montevideo[4]13 aprel 2015[5][2][…], Montevideo[5][4]) — Uruqvay jurnalisti, yazıçı və solçu siyasi xadim.

Eduardo Qaleano
isp. Eduardo Hughes Galeano
Doğum adı Eduardo Germán María Hughes Galeano
Doğum tarixi
Doğum yeri Montevideo, Uruqvay
Vəfat tarixi (74 yaşında)
Vəfat yeri Montevideo, Uruqvay
Vəfat səbəbi ağciyər xərçəngi[1]
Fəaliyyəti yazıçı, jurnalist
Fəaliyyət illəri 1956-cı ildən
Əsərlərinin dili ispan dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eduardo Qaleano 3 sentyabr 1940-cı ildə anadan olmuşdu. Orta təbəqədən sayılan katolik ailədə dünyaya göz açmış Eduardo uşaqlığından Cənubi Amerikada doğulan əksər oğlan uşağı kimi futbola dərin maraq və həvəs duysa da, maddi vəziyyət onu oyundan çox, işləmək haqqında düşünməyə məcbur edib. 14 yaşına kimi bir çox yerdə işləyən balaca Eduardo ilk siyasi-cizgi romanını 1954-cü ildə yazıb. 14 yaşında bir uşaq üçün "El Sol"a qəzetinə satılacaq qədər yaxşı roman yazmaq olduqca böyük uğur göstəricisi idi. Artıq 20 yaşında Eduardo əmək fəaliyyətini "Marcha" qəzetində redaktor kimi davam etdirirdi. 20 il davam edən bu sakit və uğurlu karyera 1973-cü ildə baş vermiş hərbi çevriliş nəticəsində bir anda silinir. İqtidarın dəyişməsindən sonra həbs edilən yazar üçün daha sonra sürgün əmri verilir. Argentinaya sürgün edilən Eduardo burada ən yaxşı bildiyi işə — yazıya və jurnalistikaya sahib çıxır və sonrakı dövrlərin məşhur dərgilərindən olan "Crisis"i yaradır. Lakin Eduardonun sakit və dinc həyat arzuları burada da çiçəkləmir. 1976-cı ildə Argentinada da hərbi çevriliş baş verir və bu dəfə yazıçı başqa bir qonşu ölkəyə yox, birbaşa İspaniyaya üz tutur. Sürgün və müharibədən canını qurtarmış bütün yazarlar kimi Eduardonun da ilk işi bu xatirələri qələmə almaq olur. Onun sürgün illərini qələmə aldığı "Alovlu xatirələr" ("Memoria del fuego") trilogiyası inanılmaz uğur qazanır və müəllifi dünyaca məşhur yazar edir. 1985-ci ildə Qaleano Montevideoya qayıdır. Ömrünün son 30 ilini vətənində nəhayət ki, arzuladığı kimi yaşamaq imkanı əldə edən yazar burada ağciyər xərçəngindən dünyasını dəyişir. Onun esse və məqalələrinin əsas mövzusu dünya və bəşəri problemlərin həlli yoludur. Bu problemlər arasında Eduardonun ən çox həssaslıq göstərdiyi isə qul və qadın ticarəti məsələsi olub. Kitablarında daha çox xəbərlərdən istifadə olunmaqla, müxtəlif mövzularda dəyənləndirmə aparılır və nümunələr göstərilir.

Onlarla kitabın müəllifi olan yazıçının bir çox essesi var. Onun əsərləri dünyanın 20 dilinə tərcümə edilib.

Eduardo Qaleano 13 aprel 2015-ci ildə ağciyər xərçəngindən vəfat edir.

İl İspanca adı İspanca ISBN İspan nəşri İngilis dilinə tərcüməsi
1963 Los días siguientes Alfa The following days
1964 China
1967 Guatemala, país ocupado Guatemala: Occupied country (1969)
1967 Reportajes
1967 Los fantasmas del día del león y otros relatos
1968 Su majestad el fútbol
1971 Las venas abiertas de América Latina ISBN 950-895-094-3 Siglo XXI Open Veins of Latin America (1973) ISBN 0-85345-279-2[6]
1971 Siete imágenes de Bolivia
1971 Violencia y enajenación
1972 Crónicas latinoamericanas
1973 Vagamundo ISBN 84-7222-307-8
1980 La canción de nosotros ISBN 84-350-0124-5
1977 Conversaciones con Raimón ISBN 84-7432-034-8
1978 Días y noches de amor y de guerra ISBN 84-7222-891-6 Del Chanchito Days and Nights of Love and War ISBN 0-85345-620-8
1980 La piedra arde
1981 Voces de nuestro tiempo ISBN 84-8360-237-7
1982–1986 Memoria del fuego ISBN 9974620058 Del Chanchito Volume I: Eduardo Galeano. Genesis. Open Road Media. 29 April 2014. ISBN 978-1-4804-8138-1.Volume II: Faces and Masks. ISBN 978-0393318067.

Volume III: Century of the Wind. ISBN 0393318079.

1984 Aventuras de los jóvenes dioses ISBN 9682320941 Siglo XXI
1985 Ventana sobre Sandino
1985 Contraseña
1986 La encrucijada de la biodiversidad colombiana
1986 El descubrimiento de América que todavía no fue y otros escritos ISBN 8476681054 Editorial Laia
1988–2002 El tigre azul y otros artículos ISBN 9590602118 Ciencias Sociales (Cuba)
1962–1987 Entrevistas y artículos Ediciones Del Chanchito
1989 El libro de los abrazos ISBN 9788432306907 Siglo XXI The Book of Embraces ISBN 0-393-02960-3
1989 Nosotros decimos no ISBN 84-323-0675-4 Siglo XXI
1990 América Latina para entenderte mejor
1990 Palabras: antología personal
1992 Ser como ellos y otros artículos ISBN 9788432307614 Siglo XXI
1993 Amares ISBN 84-206-3419-0 Alianza, España
1993 Las palabras andantes ISBN 9974620082 Del Chanchito
1994 Úselo y tírelo ISBN 9507428518 Editorial Planeta
1995 El fútbol a sol y sombra ISBN 9788432311345 Siglo XXI Football (soccer) in Sun and Shadow ISBN 1-85984-848-6
1998 Patas arriba: Escuela del mundo al revés ISBN 9974620147 Macchi Upside Down: A Primer for the Looking-Glass World 2000, ISBN 0-8050-6375-7
1999 Carta al ciudadano 6.000 millones[7] ISBN 84-406-9472-5 Ediciones B
2001 Tejidos. Antología ISBN 84-8063-500-2 Ediciones Octaedro
2004 Bocas del tiempo ISBN 978-950-895-160-1 Catálogos Editora Voices of time: a life in stories ISBN 978-0-8050-7767-4
2006 El viaje ISBN 84-96592-55-3
2007 Carta al señor futuro
2008 Patas arriba/ la escuela del mundo al revés ISBN 950-895-050-1 Catálogos Editora
2008 Espejos ISBN 978-987-1492-00-8 Siglo XXI Mirrors: Stories of Almost Everyone 2009, ISBN 1-56858-423-7
2008 La resurrección del Papagayo ISBN 978-84-92412-22-8 Libros del Zorro Rojo
2011 Los hijos de los días ISBN 978-987-629-200-9 Siglo XXI Children of the Days: A Calendar of Human History ISBN 978-1568587479
2015 Mujeres - antología ISBN 978-84-323-1768-2 Siglo XXI [8]
2016 El cazador de historias ISBN 978-987-629-628-1 Siglo XXI Hunter of Stories 2017, ISBN 978-1568589909
2017 Cerrado por fútbol Siglo XXI
  1. Muere el escritor uruguayo Eduardo Galeano a los 74 años. 2015.
  2. 1 2 Eduardo Galeano // Encyclopædia Britannica (ing.).
  3. Itaú Cultural Eduardo Galeano // Enciclopédia Itaú Cultural (порт.). São Paulo: Itaú Cultural, 2001. ISBN 978-85-7979-060-7
  4. 1 2 Catalog of the German National Library (alm.).
  5. 1 2 http://www.buenosairesherald.com/article/186654/writer-eduardo-galeano-dies-at-74.
  6. http://monthlyreview.org/press/books/pb9916/ Arxivləşdirilib 2012-11-13 at the Wayback Machine Open Veins of Latin America
  7. De autores varios: Maryse Condé; Ariel Dorfman.
  8. "Search - List of Books by Eduardo Galeano". Paperback Swap. 13 April 2015. 16 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2018.