Effi Brist — alman yazıçı Teodor Fönten tərəfindən 1895-ci ildə yazılmış roman. Romanın baş qəhrəmanı həyata addımlarını yenicə atan, savadlı və ziyalı qadın Effi Bristdir. Effi Brist burada realist obrazdır. Romanın əsas mövzusu Bismark dövründə Prussiyada ziyalıların həyatları, yaşayışları və ənənələridir. Romanın sonunda Effi Brist evli olmasına baxmayaraq başqası ilə eşq macərası yaşayır.
Effi Brist | |
---|---|
Effi Briest | |
Müəllif | Teodor Fönten |
Janr | roman |
Orijinalın dili | alman |
Ölkə | |
Orijinalın nəşr ili | 1896 |
ISBN |
ISBN 978-3-15-006961-5 ISBN 0-14-044766-0 |
Elektron versiya | |
Vikianbarda əlaqəli mediafayllar |
Romanın baş qəhrəmanı Effi Brist hələ 17 yaşında ikən özündən 20 yaş böyük olan Baron Qiirt von İnstetten tərəfindən atasından istənilir. Aralarındakı yaş fərqi vurğulanaraq tərəflərin bir-birini sevdiyi bildirilir. Atası və Effinin özü də bu təklifi qəbul edir və Effinin həyatı dəyişir. Baron von İnstetten onu İtaliyaya bal ayına aparır və sonra Kissinqə köçürlər. Yeni evində Effi sosial həyatına bağlana bilmir, çətinliklər yaşayır. Həyat yoldaşından da lazimi qayğını görmür. Daha sonra Effinin qızı Anna anadan olur.
Bir gün von İnstettanın silahdaşı von Krampas Kissinqə köçür. O Effi ilə dostluq münasibətləri qurur. Qısa müddət sonra Otto von Bismark baronu Berlində işləməyə dəvət edir və baron Berlinə köçür. Effi Berlində sosial həyata daxil olur.
Səkkiz il sonra von İnstetten Effi və von Kamprosun məktublarını tapır. Həyat yoldaşını sevən von İnstetten qaydaları ilə sevgisi arasında qalır. Axırda von Kamprosu duelə çağırır. Dueldə baron von Kamprosu ağır yaralayıb qalib gəlir və qızını alıb Effidən ayrılır. Artıq ailəsinin yanına qayıda bilməyəcəyi haqda məktub alan Effi Berlində bir binaya köçür. 3 il burada yaşadıqdan sonra Effi 29 yaşında ağır xəstəlikdən ölür.
Roman əsasında 5 film çəkilib.