Ekşi Sözlük

Ekşi SözlükTürkiyədə qeydiyyatlı yazarların şərhləri olan bir sözlükdür.

Ekşi Sözlük
Loqonun şəkli
URL eksisozluk.com
Tipi təşkilat, sosial şəbəkə
Dilləri türk dili
Sahibi Ekşi Teknoloji
Açılma tarixi 1999
Şüar Müqəddəs məlumat mənbəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1999-cu ildə "sourtimes.org" saytının bir hissəsi olaraq Sedat Kapanoğlu tərəfindən yaradılmışdır. Şüarı "Müqəddəs məlumat mənbəyi" dir. Girilən ilk başlıq "pena" dır.[mənbə göstərin] daha sonra populyarlığının artması ilə sourtimes.org'un əsas parçasına çevrildi. Sedat Kapanoğlu bir çox çıxışında, "Otostopçu Qalaktika Bələdçisi " kitabının Ekşi Sözlükü qurmaq üçün bir ilham olduğunu bildirdi.

21 fevral 2023-cü ildə, Türkiyədə internet istifadəçilərinin sayta girişi Türkiyə İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumu tərəfindən bağlanıb.[1][2]

Müəlliflərin yazıları sözlük qaydaları daxilində yoxlanılır və uyğunsuz olduğu məqalələr moderatorlar və gammaz adı verilən könüllü lüğət üzvləri ilə birlikdə silinir. Ancaq on birinci nəsil satınalmalardan sonra gammizm statusu yalnız müəyyən bir müəllif qrupuna deyil, hər bir müəllifə verildi".

Ekşi Sözlükdə qeydiyyatdan keçdikdən sonra entry yazmaq olur. Çaylak statusuna sahib şəxslər uzun bir marafon ardından - bu 10 il də olabilər 10 ay da - bu şəxs ya yazar olur ya da passiv qalaraq heçnə olmur. Çaylak olmaq üçün ən az 10 entry yazmanız lazımdır.

Ekşi Sözlük'də karma sistemi vardır. Karmaların hesablanması üçün ən az 500 entry yazılması lazımdır. Karmalar

Karma xalları / başlıq

000-100 Müzmin Yedek 

100-149 Padawan 

150-199 Smurf Anarxist 

200-249 Anarxist 

250-299 Vicious Scorer 

300-349 Anadolu Uşağı

350-369 Battal Qazi 

370-399 Mürəkkəbdir 

400-429 Hippi 

430-449 Xanım 

450-474 Ağır qardaş 

475-499 Kobud 

500-529 Barbekü ürəkli Rişar

530-549 Yumşaq, amma simpatikdir 

550-574 Səlim Ağıl 

575-599 Təqdim olunan 

600-619 Şəkər qardaş 

620-639 Bal Küpü 

640-649 Baldan şirin 

650-664 Ləzzətli 

665-699 Şekerpare 

700-724 Şamdan Ərik 

725-749 Hər evə lazımdır 

750-799 Energizer Rabbit 

800-849 Gəncin sevgilisi 

850-999 Karma canavarı 

2017-ci ildə həm iOS, həm də Android üçün rəsmi Ekşi Sözlük mobil tətbiqi yayımlandı. iOS tətbiqi 2020-ci ildə uzun müddətdən sonra yeniləndi və bir çox xüsusiyyət əlavə edildi.

Hüquqi problemlər

[redaktə | mənbəni redaktə et]
Saytın bir dönəm istifadə etdiği sansürlü logo.

İstanbul Təhlükəsizlik Müdirliyi saytdakı ' sirr ' başlıqlı məqalələrin gəncləri narkotik maddə istifadə etməyə təşviq etdiyindən şikayətçi oldu vs sonra, İstanbul Üçüncü Cəza Məhkəməsi, Ekşi Sözlük'ə girişin sonsuza qədər bloklanmasına qərar verilmiştir.[3]

2006'da Ekşi Sözlük'ün hüquqşunasları tərəfindən bloklanma qaldırılmıştır.

17 Aprel 2007 günü saytda, Adnan Hoca olaraq tanınan Adnan Oktar'a təhqir edildi deyildiqdən sonra, sayt tezdən bloklandı.[4] Və sonra blok aradan qaldırıldı. İndi Adnan Oktar başlığına üzvlər yaza bilir.

2008-ci ilin fevralında Türkiyədəki internet senzurasına etiraz olaraq siyahının üstünə qara ekşi logosu əlavə edildi.

Sayta qarşı son sanksiya 29 sentyabr 2008-ci ildə başladı; Türkiyə 'internet istifadəçilərinin saytına girişin bağlanmasına dair məhkəmə qərarı müraciəti qədər yalnız üç saat çəkdi.[5]

Sosial köməklər

[redaktə | mənbəni redaktə et]
  • Sayt istifadəçilərinin 2003-cü ildə başlatdığı kampaniya ilə 40.000 kitab toplanaraq təyin olunmuş məktəblərə və kitabxanalara göndərildi.
  • 2006-cı ildə yenidən təşkil olunmuş bir kampaniyada 70.000 kitab toplanmış və müxtəlif məktəblərə və kitabxanalara hədiyyə edilmişdir.
  • 2009-cu ildə sayt istifadəçilərinin töhfələri ilə Ekşi Sözlük Forest quruldu. TEMA fondu tərəfindən 36.000 kvadratmetr ərazidə qurulmuş bu meşədə 9000 fidan əkilmişdir.
  • 2011-ci il Van Zəlzələsindən sonra zəlzələ bölgəsi üçün bir yardım kampaniyası təşkil edildi və yardım AKUT əməkdaşlıqında bölgəyə kömək çatdırıldı.
  • 30 dekabr 2013-cü ildə Çanaqqalanın Bayramiç səmtində yaşayan Sultan Alacaoğlu adlı Alzheimer xəstəliyi olan yaşlı bir qadının evdə tək qaldığı zaman elektrik kontağından çıxan yanğın səbəbiylə evi tamamilə yanmışdı. Hadisədən sonra Sultan və Hüseyin Alacaoğlu mətbuata bildirildi və Bayramiç Bələdiyyə Başçısı İsmail Sakin Tuncerin köməyi ilə bank hesabı açıldı. Ekşi Sözlükdə başladılan kampaniya ilə hesaba yatırılan yardımlar 3 gün ərzində 95 min lirəyə çatdı.
  • 30 May 2016-cı il tarixində PayPal 'ın Türkiyədəki fəaliyyətlərini dayandıracağını izah edən lüğətində "bağış kampaniyası LÖSEV bizim PayPal hesabımız" 24 saat ərzində 100.000 dollar bağış toplandı. Kampaniya lüğətdə başladı və sosial mediada və yerli mətbuatda böyük yer tutdu.

Şəkil əlavə etmə xüsusiyyəti

[redaktə | mənbəni redaktə et]

7 Aprel 2020-ci ildə Ekşi Sözlük, entrylər üçün şəkil yükləmə xüsusiyyətini əlave tdi. Bu şəkildə müəlliflər girişlərinə 10-a qədər şəkil əlavə edə bilərlər.[6]

  1. "BTK'den Ekşi Sözlük engeli!" (türk). Cumhuriyet.com.tr. 2023-02-21. 2023-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-21.
  2. "Ekşi Sözlük hakkında erişimin engellenmesi kararı" (türk). Gazeteduvar.com. 2023-02-21. 2023-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-21.
  3. https://web.archive.org/web/20060618184155/http://www.milliyet.com.tr/2006/05/23/son/sontur27.asp
  4. https://web.archive.org/web/20080503121312/http://www.milliyet.com.tr/2007/04/17/son/sontur39.asp
  5. https://web.archive.org/web/20090718035649/http://arsiv.ntvmsnbc.com/news/460789.asp
  6. "Arxivlənmiş surət". 2020-04-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-14.