Ekman qanunu

Ekman qanunu[redaktə | mənbəni redaktə et]

Ekman qanunu( V.Ekmanın adı ilə) –dreyf cərəyanlarının tabe olduğu qanunauyğunluqlar məcmuyinə deyilir. 1. Dreyf cərəyanlarının sürəti, onu yaradan küləyin sürətinin artması ilə artır, lakin en dairəsi artdıqca azalır, yəni, burada A- külək əmsalı(0,013), w- küləyin sürəti, - en dairəsidir. 2. Səth cərəyanının istiqaməti küləyin istiqamətindən nəzəri olaraq şimal yarımkürəsində sağa, cənub yarımkürəsundə isə sola 450- lik bucağa qədər meyl edir, 3. Küləyin yaratdığı suyun hərəkəti sürtünmə nəticəsində aşağıdakı su qatlarına verilir. Bu prosesdə cərəyanın sürəti həndəsi proqressiya ilə azalır, istiqaməti isə Yerin fırlanması ilə əlaqədar meyl etməkdə davam edir və müəyyən dərinlikdə əks istiqamət alır. Əks cərəyanın sürəti səth cərəyanının sürətinin 1/23-ni təşkil edir.(~4,1%). Cərəyanın əks istiqamət aldığı( yəni 1800 döndüyü) dərinlik sürtünmədreyf cərəyanının əhatə etdiyi dərinlik layına “Ekman layı” adı verilmişdir. Hesablamalar göstərir ki, Ekman layının qalınlığı 200m- dən çox deyildir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ş.G.Həsənov, Q.Ş.Məmmədov, S.B.Məmmədov, Y.Q.Əliyev. İzahlı Ensiklopedik Coğrafiya Terminləri Lüğəti « Təhsil» Bakı- 2005.