Eksperiment

Hətta uşaqlar hər bir şeyi öyrənmək üçün elementar təcrübələr həyata keçirir.

Eksperiment — [lat. experimentum – yoxlama, sınaq, təcrübə] 1) təcrübə, sınaq, yoxlanış; 2) elmi yoxlama, elmi təcrübə; 3)cəmiyyətin ictimai iqtisadi təcrübəsi olub, dərk etmənin mənbəyi, hipoteznəzəriyyənin həqiqilik meyarı; 4) müasir psixologiya elmində əsas tədqiqat üsullarından biri; 5) elmdə nəzəri cəhətdən dərk edilmiş vasitələrlə həyata keçirilən hissi-predmet fəaliyyəti.

Eksperiment (lat. experimentum — təcrübə, sınaq) — süni yaradılan şəraitdə müəyyən hadisələrin tədqiq edilməsi, elmi metod.

İnsanın daxili aləmini müxtəlif situasiya və münasibətlər üzə çıxarır. Məhz, bu halında insanın psixi tarazlıq halı pozulur və o, debilliyin, infantilliyin, dəliliyin hüdudlarında ləngərləməyə başlayır.

İnsanın eksperiment vasitəsilə tədqiqi, məhz belə məqamlarda situasiyanı süni surətdə yaratmaq ("modelləşdirib"), tərəfdaşı bərkə-boşa, çək-çevirə salmaqla onun barədə hansısa nəticə çıxarmaq məsələsini əhatə edir. Eksperiment zamanı eksperimentin nəticəsinə təsir göstərə biləcək bütün digər dəyişənlər və şərtlər aradan qaldırılmalı və ya elə edilməlidir ki, onlar axıra qədər sabit səviyyədə qalsın. Ekspertiza – 1)yoxlamadan keçirmə, yoxlama prosesi; 2)düzgün bir qərara gəlmək üçün hər hansı bir məsələnin mütəxəssislər tərəfindən öyrənilməsi, yoxlanması. Məsələn, elmi ekspertiza, materialları ekspertizaya göndərmək; 3)cinayət işləri və ya mülki işlər üzrə faktiki məlumatların və halların müəyyən edilməsi məqsədilə prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada ekspertlər tərəfindən aparılan tədqiqat. Məsələn, ekspertiza üzvü, ekspertizanın qərarı.

Eksperimental – 1)təcrübi, eksperiment aparmaq yolu ilə yoxlama üsulu; Məsələn, eksperimental tədqiqat üsulu, təcrübə üçün ayrılmış (təyin edilmiş), eksperimental zavod, eksperimental şöbə; 2)hədd, kənar; 3)mürəkkəbliyi və təhlükəliliyinə görə fövqəladə.

Eksperimental tədqiqatlar – elmi araşdırmaların aparılması və ya praktiki təcrübə əsasında əldə olunmuş biliklərə əsaslanan və insanın həyat və sağlamlığının qorunmasına yönələn elmi fəaliyyət.

  • R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.