Ekstraksiya — iki faza arasında, bir çox hallarda iki qarışmayan mayelər arasında (adətən su və üzvi həlledici arasında)maddənin fiziki-kimyəvi paylanma prosesi və maddələrin uyğun ayrılma, parçalanma və qatılaşdırma üsuludur.
Ekstraksiya zamanı aşağıdakı prosesler baş verir:
Su fazasından ayrılan ekstraksiya olunan birləşmələri saxlayan üzvi faza ekstrakt adlanır.Üzvi fazadan su fazasına maddə köçürülməsi reekstraksiya, reekstraksiya üçün istifadə olunan məhlul reekstraqent adlanır.
İki məhdud qarışan maye fazalarından ibarət sistemdə A maddəsinin paylanması
A(s)↔A(u)
Şəklində göstərmək olar, hetrogen tarazlığı üçün gibbs enerjisinin dəyişməsi aşağıdakı tənliklə ifadə olunur
ΔG = ΔGᵒ + RTln (αA)ü /(αA)s
Tarazlıq şəraitində ΔG = 0 olduğundan, alırıq
(αA)ü /(αA)s = e-ΔGᵒ/RT =KᵒD
Buradan göründüyü kimi, bu fazalarda həll olunan maddənin eyni bir forması üçün sabit temperaturda və təyiziqdə aktivliklərin nisbəti sabit kəmiyyətdir. (Nernst paylanma qanunu) KᵒD paylanma sabiti adlanır.Real şəraitdə xüsusilə üzvi fazada aktivlik əmsalı az məlum olduğundan real paylanma sabitindən istifadə olunur.
KᵒD = [A]ü/[A]s (1)
L→0 olduqda KD kəmiyyətin limit qiyməti həqqiqi paylanma sabitinə yaxındır.Əgər hər iki faza bərk fazaya nəzərən doymuş məhlullar və ekstraksiya olunan maddə vahid eyni formadadırsa, onda tarazlıq zamanı paylanma sabiti
KD = S(ü)/S(s) olar
burada S(ü) və S(s)- üzvi və su fazalarında maddənin həllediciliyidir. Ekstraksiya olunan maddə məhlulda müxtəlif formalarda ola bilər.Hər iki fazada bütün maddə formalatının tam konsentrasiyasının nisbəti, yəni paylanma əmsalı praktiki maraq kəsb edir:
D = C(ü)/C(s)
Paylanma əmsalının qiyməti ekstraksiya şərtlərindən, məsələn: paylanma əmsalı sabit olduğu halda (I=const olduqda) pH-dan və ekstraqentin konsentrasiyasından asılıdır. Hər bir fazada maddə miqdarı belədir.
Q(s) = C(s)• V(s) və Q(ü) = C(ü)• V(ü)
burada C(s) və C(ü) ̶ fazalarda konsentrasiyalar, V(s) və V(ü) ) ̶ fazaların həcmidir. Bu işarələrdən istifadə edərək D-paylanma əmsal ilə R-ayrılma dərəcəsi arasında əlaqəni göstərmək olar
R,% = C(ü)• V(ü) •100/ C(s)• V(s) + C(ü)• V(ü) = D/D+ V(s)/ V(ü) •100
D-paylanma əmsalı hər iki fazada maddənin ümumi konsentrasiyalarının nisbətini ifadə edir. Deməli kəmiyyət paylanma şəraitindən asılı olacaq və fazaların həcmindən asılı olmayacaq D-dən fərqli olaraq ekstraksiya olunmuş maddənin onun ümumi miqdarındanolan payını ifadə edən R-ayrılma dərəcəsi fazaların həcmləri nisbətindən asılıdır və eyni bir paylanmaəmsalında V(s) -su fazasının həcmi sabitdirsə, V(ü)-üzvi faza həcmi nə qədər böyükdürsə, maddə bir o qədər tam ayrılır.