Ekstremal proqramlaşdırma – proqram təminatının işlənib hazırlanması metodologiyalarından biridir. 1999-cu ildə Kent Bek (Kent Beck), Uord Kanningem (Ward Cunningham), Martin Fauler (Martin Fowler) və başqaları tərəfindən işlənib hazırlanıb. Bu metodologiya o qədər də aydın olmayan, yaxud sürətlə dəyişən tələblər şəraitində proqram təminatının yaradılması ilə məşğul olan kiçik və orta ölçülü gəlişdiricilər komandası üçün proqramların işlənib hazırlanmasının təşkilini nəzərdə tutur. Ekstremal proqramlaşdırmanın başlıca məqsədləri gəlişdirmə prosesinin uğurla getməsi haqqında gerçək sübutlar təqdim etmək yolu ilə sifarişçinin proqram məhsuluna inamını yüksəltməkdən və məhsulun işlənib hazırlanması müddətlərini kəskin azaltmaqdan ibarətdir.