Ekstremizm

Ekstremizm (fr. extremisme, lat. extremus — ifrat)

Ekstremizm latın sözü olub (extremus-ən son hədd) ən son metodlara maraq, ifratçı kimi tərcümə oluna bilər.

Ekstremizm siyasi, dini, iqtisadi, irqi, hərbi və sair formalarda özünü göstərə bilir. Məsələn siyasi ekstremizm siyasətin ifrata varan vasitələrlə həyata keçirilməsidir.

Bəşər tarixi göstərir ki, ekstremizmlə bütün dünya millətləri tarix boyu üz-üzə gəliblər. Məsələn, tarix axarında bir çox dövlətlərdə hökumətlər xarici müdaxilələrlə mübarizə metodu kimi ölkəni bir qalaya çevirirdilər, qəddar mərkəzləşmə, hakimiyyətə sözsüz itaət, hüququ və azadlıqların məhdudlaşdırılması ilə müşayət olunan daxili və xarici siyasət özü də ifrat metodlarla həyata keçirilirdi. Yəni siyasi ekstremizm hesab edilirdi.

Amma siyasi ekstremizmin daha sadə formaları da var. Siyasi ekstremizm digər növlər (iqtisadi, dini) kimi ifratçılıq və həyata keçirilmə formalarına görə ayrılır. Amma qəbul etmək lazımdır ki, hər şeyin ifratı axmaq və mənasızdır. Ekstremizmdə isə bu həm də təhlükəlidir. Çunki ekstremizm manevr etmək üçün mühit buraxmır. O səbəbdən də bir çox halda növbəti addım terrorizmlə bitir.

Terrorizm özü də ekstremizmdə ekstremizmdir. Yəni bu sahədə siyasi ekstremizm, terrorizm və ksenofobiya (ictimaiyyət arasında kütləvi şübhə meyllərinin artırılıması, yadlara nifrətin aşılanması) eyni anlamlar olmasalar da harda isə bir-birlərini tamamlayırlar.

Millətçi ekstremizm

[redaktə | mənbəni redaktə et]

Ekstremizmi bir başqa formada insanların qorxu və nifrətlərindən istifadə edərək onları birləşdirən və ekspluatasiya edən təşkilatlanmış qüvvə kimi də göstərmək olar. Ekstremizmi dünyada aktual edən formalarından biri də elə millətçi ekstremizmdir. Bu forma millət və xalqlar arasında nifaq toxumları səpmək, düşmənçilik yaratmaqla özünü göstərir. "Öz millətinin" maraqlarını ifadə edərək başqa xalqların hüququ və azdlıqlarını qəbul etmir. Millətçi ekstremizm orqanik olaraq seperatizmlə (separatisme fransız sözü olub ayrı, ayrıca deməkdir) birbaşa əlaqəlidir. O çoxmillətli dövlətlərin dağılmasını, yerli millətin ali hakimiyyətinin təsdiqinə istiqamətlənir.

Məsələn Rusiyanın hüquq mühafizə orqanlarının məlumatına görə, bu gün Rusiyada 200-dən artıq təşkilat var ki, "Rusiya ruslar üçündür" şuarı altında fəaliyyət göstərir. Elə bir o qədər də təşkilat var ki, dini fundamentalizm ideyalarına xidmət edir. Onların bəziləri terrorist qruplaşmaları kimi də fəaliyyət göstərirlər. Bu yalnız Rusiya üçün göstəricilərdir. Rusiyada ekstremizmin bir forması da özünü göstərir. Hərbi ekstremizm. Beynəlxalq təcrübədə Çeçenistanda baş verən hadisələr terrorizm kimi deyil, məhz hərbi ekstremizm kimi qiymətləndirilir. Amma yenə də beynəlxalq hüquq tərəfindən cinayətkar hərəkətlər kimi tənqid olunur. Fərq problemin həlli yollarında qoyulur. Terrorizm təşkil olunmuş ekstremizm və ya dinc əhaliyə qarşı qeyri legitim zorakılıq hesab edilir. Çeçnistanda isə bu daha çox partizan müharıbəsi, hərbi müqavimət kimi dəyərləndirildiyindən hərbi ekstremizm hesab edilir. Ona görə də həlli konfliktlərin həlli formada həyata keçirilir. Dünya tarixi təcrübəsi göstərir ki, formasından asılı olmayaraq ekstremizm ister faşizm, ister etno-dini radikalizm və ya başqa formalarında fəaliyyətə başlayanda cəmiyyəti mərhələli şəkildə təsir altına düşməyə başlayır. Əvvəlcə kütləvi şüura nəzarət formaları öyrənilir, real və kiçik incikliklər körüklənərək aqresiv hərəkətlərə sövq edilirlər. Elə məhz buna görə də ekstremizmə qarşı əks vasitə kimi cəmiyyətdə ksenefobiya aqresiyasının xəbərdarlıqlarınin aparılması çox böyük əhəmiyyət daşıyır. Bunu bir çox demokratik dövlətlər tətbiq edir. Xüsusilə də o dövlətlər ki, əhalisinin ekstremist təşkilatlarına kütləvi axın dəhşətini öz tarixlərində yaşayıblar (Məsələn, Almaniya).

Problem ondadır ki, cəmiyyət ekstremizmin müxtəlif təzahürlərinə passiv münasibət göztərir, dövlət isə hüquqi və siyasi reaksiyada həmişə gecikir. Əgər ekstremist hərəkatların fəaliyyəti dövlət və cəmiyyət tərəfindən əks təzyiq almırsa bütün ictimai siyasi həyat eroziyaya uğramağa, konstitusyon əsaslar laxlamağa başlayır. Sonunda dünyada ekstremizmin səviyyəsi artır.

Təcrübə göstərir ki, ekstremizm, terrorizm, rüşvətxorluq, narkomaniya və başqa bu kimi cəmiyyət xəstəlikləri tək hakimiyyətin yuxarıdan fəaliyyəti ilə mübarizə etmək əhəmiyyətsizdir. Cəmiyyətin dəstəyi vacibdir. Məsələn, Amerika öz cəmiyyətində möcüzə yaradaraq bütün irqi problemləri çok kısa müddətə həll etdi. Bununla da irqi ekstremizmin fəaliiyətini sıfıra endirdi. Amerikada rasizm əsrlərlə olub və ölkə elitası tərəfindən tam dəstək alıb. Amma Con Kennedinin ölkədə hakimiyyətə gəlməsi ilə o ölkədə müxtəlif irqlərin hüquqlarının qorunması haqda federal qanun qüvvəyə mindi. Bununla da hər şey dəyişdi və yaxud da başqa cür desək dəyişim prosesi başladı.

Bu gün narahat edən məsələlərdən biri də dini ekstremizmdir. Bu ekstremizmdə bir konfessiya (dini cərəyan) daxilində digərinə qarşı aqressivlik, sıxışdırma özünü göstərir. Bəzən bu forma tək dini deyil, məqsədlərlə də yönəldilir. Təcrübə göstərir ki, 80–85 faiz dini ekstremizmin sonu dini terrorizmlə bitir. İslam dövlətlərində bu faiz daha da çoxdur. Xüsusilə də bu təhlükə Orta Asiyanın keçmiş sovet respublikalarına aiddir. Bu respublikalarda dini, yəni islam ekstremizminin inkişafına sosial problemlərin çoxalması, regionlarda avtoritar idarəçiliyin güclənməsi ilə yanaşı dini savadsızlıq da səbəb olur.

Statistikaya görə, bu ölkələrdə hər 100 molladan cəmi 4-ü dini savada malikdir. Qalanlar isə dini istədikləri şəkildə təbliğ edirlər. Bunun nəticəsi də dəhşətli olur. Son illər bu respublikalarda dini ekstremizmlə mübarizəyə həsr olunan beynəlxalq konfransların artması da həyəcan təbilinin çalındığını göstərir. Artıq Milli Təhlükəsizlik orqanları və dini qurumlarla iş şöbələri ciddi fəaliyyətə başlayıb.

Ekstremizmin özünü göstərən kəskin formalarından biri də iqtisadı ekstremizmdir. İqtisadiyyat sahəsində ifrata varılması, qloballaşmanın, böhranların çoxu sonunda iqtisadi ekstremizmə gətirib çıxarır. İqtisadi münasibətlər fonunda iqtisadi ekstremizm çoxtərəfliliyin ləğvinə və mülkiyyətin bir formasının və ya birininin əlində mərkəzləşməsinə, sosial xərclərin kəskin qurulmasına, sahibkarlıq sahəsində rəqabətin ləğvinə istiqamətlənir. O öz əksini cinayətkar və ya qeyri konstitusyon qruplaşmaların fəaliyyətində tapır və aksioner cəmiyyətlərin, kommersiya təşkilatlarının adı altında təşkilatlanır. Əsas fəaliyyət istiqaməti isə rəqiblərə təzyiq, təqib, hücum, dövlət qurumlarının rəhbərlərini qorxu altında saxlamaq və sair olur.

Bir də dünyada o qədər də aktiv olmayan mədəni və ekoloji ekstremizm var. Mədəni ekstremizm başqa mədəniyyətlərin nailiyyətlərini inkar edir, milli dəyərləri və tarixi abidələri məhv edir. Ekoloji ekstremizm təkcə effektli təbiəti mühafizəyə qarşı deyil, həm də elmi texniki inkişafa qarşı da çıxır.