Eкuan Qalası — Fransanın şimalında, Ekuan kommunasında yerləşən tarixi qala. Fransız İntibah memarlıq abidəsi olan qala XVI-cı əsrə aid malikanədir (şato).
Ekuan qəsri | |
---|---|
49°01′03″ şm. e. 2°22′42″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Ekuan[1][2][…] |
Tikilmə tarixi | 1540 |
Üslubu | İntibah dövrü |
Rəsmi sayt | musee-renaissance.fr |
Vikianbarda əlaqəli mediafayllar |
1975-ci ildən burada Musée National de la Renaissance — Milli İntibah Muzeyinin kolleksiyaları saxlanılır.[3]
Qala Mədəniyyət Nazirliyinin tabeliyindədir.
Eкuan Qalası 1539-1555-ci illər arasında tikilib və şimaldan tarixi istila yolu olan Fransız düzənliyini qoruyurdu.
XVII-ci əsrin birinci yarısında qala Kondé ailəsinin ixtiyarına keçdi.
İnqilab zamanı 1806-cı ildə Napoleonun əmri ilə orada 1962-ci ilə qədər fəaliyyət göstərən Fəxri Legion üçün təhsil evi açıldı.
1962-ci ildə qala Mədəniyyət Nazirliyinin tabeliyinə keçdi və burada Milli İntibah Muzeyi yaratmağa qərar verildi. Muzey yalnız 1977-ci ildə, uzunmüddətli bərpa işlərindən sonra açıldı.[4]
Ekuan Qalası "Fəxri legion" ordeni mükafatına layiq görülüb. Burada Fransa İntibah dövrünə aid rəsm, heykəltəraşlıq, keramika, vitraj, mebel, tekstil və digər sənət əsərlərinin mühüm kolleksiyaları var.[3]
Eкuan Qalasının Milli İntibah Muzeyində İntibah dövrünün əsərlərinin zəngin kolleksiyası — Fransa, İtaliya və Hollandiya ustalarının əsərləri və dekorativ sənətin müxtəlif növlərini təmsil edən: mebel, ağac və keramika, xalçalar, tikmələr, mina və şüşə qablar, vitrajlar və s. eksponatlar var.