Elçin Əfəndi (yazıçı)

Elçin Vüqar oğlu Əfəndiyev — Təhsil məsələləri üzrə mütəxəssis, yazıçı.

Elçin Əfəndi
Doğum tarixi (35 yaş)
Doğum yeri Ağsu rayonu Kalva kəndi
Vətəndaşlığı Azərbaycan
İş yeri Smart Təhsil Mərkəzi

Həyatı[redaktə | mənbəni redaktə et]

20.09.1987-ci ildə Ağsu rayonu Kalva kəndində ziyalı ailəsində anadan olmuşdur. 1994-cü ildə Ağsu rayonu şəhid Sübhan Şükürov adına Kalva kənd orta məktəbinin I sinfinə qəbul olmuşdur. 1998-ci ilədək həmin məktəbdə təhsil almış, daha sonra Bakı şəhəri Xətai rayonunda 165 saylı orta məktəbdə təhsilinə davam etmişdir. 1999-cu ildə yenidən Ağsu rayonu şəhid Sübhan Şükürov adına Kalva kənd orta məktəbinə geri dönmüş, 2005-ci ildə həmin məktəbi bitirmişdir. 2005-ci ilin oktyabr ayından 2007-ci ilin may ayınadək Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsində həqiqi hərbi xidmət keçmişdir.

Təhsil[redaktə | mənbəni redaktə et]

2008-2012-ci illərdə Bakı Dövlət Universitetinin Sosial Elmlər və psixologiya fakültəsində bakalavr pilləsi üzrə ali təhsili alıb. 2013-2016-cı illərdə Bakı Dövlət Universitetinin Sosial Elmlər və psixologiya fakültəsində magistratura pilləsi üzrə ali təhsil alıb.


Karyera[redaktə | mənbəni redaktə et]

2008-2012-ci illərdə təchizatçı vəzifəsi üzrə Hədəf Kurslarında çalışmışdır. 2012-2014-cü illərdə Hədəf Nəşrlərində çalışmışdır. 2014-2015-ci illər aralığı Hədəf Kurslarında tarix fənn müəllimi və müdir müavini vəzifələrində çalışmışdır. 2015-ci ildə Milli Məclisə V çağırış üzrə keçirilən seçkilərdə namizəd olmuşdur. [1] 2016-2021-ci il iyul ayınadək Zəfər Kurslarında filial direktoru vəzifəsində çalışmışdır. 2021-ci ildən SMART Təhsil Mərkəzinin təsisçisi və icraçı direktorudur.[2]


Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Elçin Əfəndi yaradıcılığa orta məktəbdə oxuduğu zaman başlamışdır. Həmin dövrlərdə bir sıra şeir və hekayələr yazmışdır. 2005-ci ildə Respublika inşa müsabiqəsinin qalibi olmuşdur. Yazıçının 2012-ci ildə “Antiterror” [3], 2014-cü ildə “Silinməyən izlər” [4] adlı detektiv romanları, 2014-cü ildə “Mənə bir az məndən danış” [5] adlı şeirlər kitabı və “Zəngin səfil” [6] adlı ictimai-fəlsəfi romanı nəşr olunmuşdur. Elçin Əfəndi bundan əlavə “Baş tutmayan göndəriş”, “Dərinlik sakinləri” adlı detektiv romanları üzərində çalışır.

Bütün bunlarla yanaşı Elçin Əfəndi “Hədəf Kursları”nın “Ədəbiyyat, ədəbiyyat müntəxəbatı və ədəbiyyat nəzəriyyəsi”, Azərbaycan tarixi fənləri üzrə test tapşırıqlarının həmmüəllifi, Azərbaycan Respublikasının Konstitusiyası fənnindən olan test tapşırıqlarının müəllifi, "Zəfər Kursları"nın [7] Tarix fənni üzrə dərs vəsaitinin isə həmmüəllifidir.


İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-06.
  2. "Arxivlənmiş surət". 2022-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-06.
  3. "Arxivlənmiş surət". 2022-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-06.
  4. https://ann.az/az/genc-detektiv-yazarn-silinmeyen-izleri-ap-olundu/[ölü keçid]
  5. "Arxivlənmiş surət". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-06.
  6. "Arxivlənmiş surət". 2022-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-06.
  7. "Arxivlənmiş surət". 2022-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-06.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

ARB kanalı - TELEBLOG

İCTİMAİ TV - Repetitorsuz olmurmu?