Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Elçin Əsgərov (tam adı: Elçin Mirnizami oğlu Əsgərov; d. 4 avqust 1968, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini (24 avqust 2005 - 18 fevral 2011). İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu, Avrasiya ölkələri üzrə Regional Mərkəzin İdarə Heyətinin sədri.
Elçin Əsgərov | |
---|---|
Elçin Mirnizami oğlu Əsgərov | |
24 avqust 2005 – 18 fevral 2011 | |
Əvvəlki | vəzifə təsis olunub |
Sonrakı | Gündüz İsmayılov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | SSRİ, Azərbaycan SSR, Bakı şəhəri |
Atası | Mirnizami Əsgərov |
Uşağı | 2 övladı var |
Elçin Mirnizami oğlu Əsgərov 4 avqust 1968-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1985-ci ildə Bakı şəhəri 20 saylı orta məktəbi bitirmişdir.
1993-cü ildə Bakı Dövlət Universitetinin "Tarix" fakültəsindən məzun olmuşdur.
2003-cü ildə Almaniya Federativ Respublikası Rur-Bohum Universitetində "Postsovet Dövründə Azərbaycan Respublikasında İslam təhsili problemləri (1989-2003)" mövzusu üzrə Ph.D səviyyəsində elmi iş hazırlamışdır.
1993-1994-cü illərdə Fasiləsiz Təhsil Mərkəzi Futurologiya İnstitutunda müəllim işləmişdir. 1994-1996-cı illərdə jurnalist kimi fəaliyyət göstərmişdir. 1996-2005-ci illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında komissiya sədri, sədr müavini, İdarə Heyətinin sədri olmuşdur. Həmçinin, 1999-2002-ci illərdə "Qütb"-"Polyus" (azərb. və rus dillərində) aylıq ictimai fikir jurnalında baş redaktor; 1997-2005-ci illərdə Azərbaycan Respublikası Dini Araşdırmalar Mərkəzinin direktoru vəzifəsində işləmişdir.
24 avqust 2005-ci ildə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsinə təyin edilmişdir[1]. 18 fevral 2011-ci ildə həmin vəzifədən azad edilmişdir.
2011-ci ildə İslam Əməkdaşlıq Təşkilatı (o zaman İslam Konfransı təşkilatı) Gənclər Forumu Avrasiya üzrə Regional Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir, 2018-ci ilin oktyabr ayında Mərkəzin yeni yaradılan Beynəlxalq İdarə Heyətinə sədr seçilmişdir və hal-hazırda həmin vəzifəni icra edir.
Elçin Əsgərov dini problemlərə həsr olunmuş 4 kitabın və İslamın əsasları üzrə 2 dərsliyin müəllifidir. Bundan başqa o, Azərbaycanda ilk dəfə nəşr olunan "Qısa İslam Ensiklopediyası"nın (Bakı, 2012) ideya rəhbəri və nəşrinin rəhbəri olmuşdur. Azərbaycandakı dini məsələlər, xüsusilə də missionerliyin tarixi mövzusunda ən yaxşı mütəxəssislərdən hesab olunan və bir çox beynəlxalq konfransın iştirakçısı olan müəllifin yerli və xarici mətbuatda 200-dən artıq elmi və publisistik məqaləsi dərc olunmuşdur.
Ailəlidir, 2 övladı var.
Şəxs və ya bioqrafiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |