Elçin Bayramlı

Bayramlı Elçin Bayram oğlu — sosioloq, jurnalist.

Elçin Bayramlı
Elçin Bayram oğlu Bayramlı
Doğum tarixi
Doğum yeri SSRİ, Azərbaycan SSR, Tovuz rayonu, Tovuz
Vətəndaşlığı Azərbaycan
Fəaliyyəti TvPress.Az İnternet Qəzeti nin baş redaktoru
Tanınır Sağlam Cəmiyyət Hərəkatı nın rəhbəri
elchinbayramli.home.blog

1975-ci ildə Azərbaycan SSR, Tovuz şəhərində doğulub.

Peşə karyerası[redaktə | mənbəni redaktə et]

90-cı illərin əvvəllərindən etibarən müxtəlif qəzet və jurnallarda müəllif yazıları ilə çıxış edib. Peşəkar jurnalist fəaliyətinə 1998-ci ildən başlayıb. Elçi, Bakinskiy Raboçiy, Ekspress, İki Sahil, Demokrat, 24 saat və s. qəzetlər, Milli.az, Vesti.az, Lent.az, Publika.az, Modern.az portalları, AzərTAc ilə əməkdaşlıq edib.

2002-ci ildən etibarən "Simurq-M" TV-nin baş redaktoru, informasiya və müəllif proqramlarının aparıcısı, 2005-ci ildən paralel olaraq Sm-Press qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib.

2006-cı ildən etibarən "Səs" qəzetində analitik, 2008-ci ildə SİA-nın baş redaktoru olub.

2012–2013-cü illərdə "Gündəlik Teleqraf" qəzetində işləyib.

2014–2015-ci illərdə Fins.az İnformasiya Agentliyində redaktor kimi fəaliyyət göstərib.

2015–2018-ci illərdə Azadinform İnformasiya Agentliyinin baş redaktor müavini olub.

2018-ci ildən "TvPress" İnternet Qəzetinin (tvpress.az) baş redaktorudur.

2020-ci ildən Səs Tv-də yayımlanan "Sağlam Cəmiyyət" verilişinin müəllifi və aparıcısıdır.

Müxtəlif qəzet və saytlarda, həmçinin Rusiya və Türkiyə mətbuatında müəllif yazıları, rəyləri, müsahibələri dərc olunur.

İctimai fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Sağlam Cəmiyyət Hərəkatının rəhbəridir. Təşkilat sosial problemlərin araşdırılması, mənəvi dəyərlərin təbliği ilə məşğuldur.

Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavinidir. Təşkilat hüquqi maarifləndirmə layihələrini həyata keçirməklə məşğuldur.

Bir sıra humanitar, ekoloji və sosial layihələrin rəhbəri və ya koordinatoru olub. Mütamadi olaraq sosioloq kimi sosial mövzularda televiziya və mətbuatda çıxışlar edir.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

8 telelayihənin müəllifi, 3 sənədli, 7 televiziya filminin ssenaristi və rejissoru, 2 kitabın, 100-dən artıq publisistik əsərin- felyeton, şeir, esse, pritça, parodiya, hekayə və pamfletin, həmçinin, sosial, iqtisadi, siyasi, ekoloji, tarix, mədəniyyət mövzularında yüzlərlə araşdırma va analitik məqalənin müəllifidir.

Təltifləri[redaktə | mənbəni redaktə et]

Beynəlxalq və yerli təşkilatlar tərəfindən Diplom, Fəxri Fərman və Sertifikatlarla təltif olunub. Mediadakı fəaliyyətinə görə, dövlət orqanları, Mətbuat Şurası, MEDİA, bir sıra beynəlxalq və yerli ictimai təşkilatlar tərəfindən mükafata layiq görülüb.

"Türk dünyasına xidmətlərinə görə", "Milli Mətbuatın inkişafına xidmətlərinə görə" mükafatlara layiq görülüb. Ekoloji sahədə fəaliyyətinə görə, WWF, "Critical Ekosistem", ETSN, EJB tərəfindən Diplomla təltif olunub.

Hazırda Bakı şəhərində yaşayır. Ailəlidir, 3 övladı var.