Elçin Qeybullayev - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.
Elçin Qeybullayev | |
---|---|
Qeybullayev Elçin Suyəddin oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Quba, Azərbaycan SSR |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Dəfn yeri | |
Atası | Suyəddin Qeybullayev |
Anası | Bibixanım Qeybullayeva |
Milliyyəti | Azərbaycanlı |
Elçin Qeybullayev 4 dekabr 1968-ci ildə Quba rayonunun Talabı-Qışlaq kəndində anadan olub. Bakı Baş Tikinti idarəsinin 20 №-li tikinti idarəsində fəhlə işləyib. Hərbi xidməti Əfqanıstanda keçirib. Yanvarın 19-da Elçin axşam təxminən saat 23-də evdən çıxıb, Salyan qazarmasının yanına gedib. Yanvarın 21-də qardaşı İlqar Qeybullayev onun meyidini mərkəzi ölüxanadan tapıb. Quba rayonunda dəfn edilib.