Elçin Səfərli (12 mart 1984, Bakı) — azərbaycanlı yazıçı, jurnalist.
Elçin Səfərli | |
---|---|
Doğum tarixi | |
Doğum yeri |
Bakı Azərbaycan SSR |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | yazıçı |
Fəaliyyət illəri | 2008- |
Əsərlərinin dili | rus |
İlk əsəri | "Bosforun şirin duzu" |
elchinsafarli.net | |
Vikianbarda əlaqəli mediafayllar |
Elçin Səfərli Bakı şəhərində 1984-cü il mart ayının 12-də anadan olub. 16 yaşında Azərbaycan Beynəlxalq Universitetinin jurnalistika fakültəsinə daxil olmağı ilə mətbuatda öz peşəkar fəaliyyətinə başlayıb[1]. "Exo" qəzetində çalışıb. Uzun illər İstanbulda yaşayıb və bu da onun erkən yaradıcılığına təsir edib: onun ilk romanlarının məzmunu Türkiyə ilə bağlıdır. Yazıçı rus dilində yazır. "İkinci Orxan Pamuk" adını "Bosforun şirin duzu" (rus. «Сладкая соль Босфора») adlı ilk kitabı işıq üzü görəndən sonra qazanmışdır.
2011-ci ildə Elçin Səfərli haqqında rejissor Sergey Saraxanov tərəfindən qısametrajlı film çəkilmişdir.