Elşən Bağırzadə

Elşən Bağırzadə
Elşən Bağırzadə, Ofisində, UNEC

Elşən Rəsul oğlu Bağırzadə (İngiliscə: Elshan Bagirzadeh; 04 sentyabr 1982, Masallı) - Azərbaycanlı iqtisadçı və iqtisad üzrə fəlsəfə doktoru. "Gizli iqtisadiyyat" probleminə həsr edilmiş Azərbaycanda ilk və bu günə qədər də yeganə doktorluq dissertasiyasının müəllifi. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rektorun müşaviri və Beynəlxalq iqtisadiyyat kafedrasının dosenti. 2021-ci ildə Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi Döş Nişanı ilə təltif edilmişdir.

Elşən Bağırzadə.jpg

Həyatı[redaktə | mənbəni redaktə et]

4 sentyabr 1982-ci ildə Masallı rayonunun Köhnə Alvadı kəndində doğulmuşdur. 1999-cu ildə Riyaziyyat-ingilis dili təmayüllü Masallı Şəhər "Dəfinə" Liseyini bitirmişdir. Azərbaycan Dövlət İqtisad Universitetində 2003-cü ildə iqtisadiyyat üzrə bakalavr, 2005-ci ildə iqtisadiyyat üzrə magistr, 2013-cü ildə isə iqtisadiyyat üzrə fəlsəfə doktoru dərəcəsini qazanmışdır. Doktorluq dissertasiyasının mövzusu "Azərbaycanda qeyri-rəsmi (gizli) iqtisadiyyatın leqallaşdırılmasının əsas istiqamətləri" olmaqla, bu problemə həsr edilmiş ölkədə ilk və bu günə qədər də yeganə dissertasiyadır. 2009-cu ildə Türkiyə Respublikası Baş Nazirliyi yanında Xarici Ticarət Müstəşarlığının “Xarici Ticarət Siyasəti Təhsil Proqramı”nı bitirmişdir. Müxtəlif illərdə Almaniyanın Siegen Universitetində, Türkiyənin Hacettepe Universiteti, Orta Doğu Texniki Universiteti, Uludağ Universiteti, Dokuz Eylül UniversitetiKocaeli Universitetində və Kiprin Beynəlxalq Kipr Universitetində qonaq alim statusunda çalışmış və tədqiqatlar aparmışdır. Dünyanın müxtəlif ölkələrində yayınlanmış 5 kitabın və çoxlu sayda elmi məqalənin müəllifidir. Bir çox beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvü və ya resenzentidir. 2021-ci ildən Qarabağın bərpası üzrə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən təşkil edilən “Elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupu”nun üzvüdür. İqtisadi ekspert kimi öz baxış və rəylərini müntəzəm olaraq, media vasitəsilə ictimaiyyətlə bölüşür. 2006-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır. Hazırda həmin universitetdə Rektorun müşaviri, Universitet Elmi Şurasının üzvü və "Beynəlxalq iqtisadiyyat" kafedrasının dosentidir. O, Azərbaycan Dövlət İqtisad Universiteti Elmi Şurasının qərarı ilə “2011-2012-ci tədris ili üzrə universitetin ən yaxşı müəllimi” mükafatına layiq görülmüşdür. 2021-ci ildə “Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltilf edilmişdir. 2016-cı ildə Nuranə Əmirova ilə ailə həyatı qurmuş və Selcan adlı qız övladları var.

Təhsili[redaktə | mənbəni redaktə et]

Əsas

  • 1989-1997 - Masallı Rayonu Köhnə Alvadı Kənd Orta Məktəbi;
  • 1997-1999 - Riyaziyyat-İngilis dili təmayüllü Masallı Şəhər "Dəfinə" Liseyi;
  • 1999-2003 - Bakalavriatura, Kredit sistemli eksperiment qrupda, UNEC, Bakı
  • 2003-2005 - Magistratura, Fərqlənmə Diplomu, UNEC, Bakı
  • 2006-2012 - Doktorantura, UNEC, Bakı

Əlavə

  • 2006 - Ali məktəb müəllimləri üçün türk dili kursu, UNEC, Bakı
  • 2006 - Ali məktəb müəllimləri üçün korporativ idarəetmə kursu, Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Bakı
  • 2009 - "Xarici Ticarət Siyasəti Təhsil Proqramı", Türkiyə Respublikası Baş Nazirliyi yanında Xarici Ticarət Müstəşarlığı, Ankara
  • 2010 - Layihələrin idarə olunması treyninqi, Azərbaycan Layihələrin İdarə olunması Assosiasiyası, Bakı
  • 2016 - II İstanbul PPP həftəsi təlimləri, Boğaziçi Universiteti, İstanbul
  • 2019 - Akademik ingilis dili kursları, British Council, Bakı

Post-doktorantura[redaktə | mənbəni redaktə et]

  • 2015 - Qonaq tədqiqatçı - Hacettepe Universiteti / Məsləhətçi: professor Ahmet Burçin Yereli, Ankara
  • 2017 - Qonaq tədqiqatçı - Beynəlxalq Kipr Universiteti, Nikosiya
  • 2017 - Qonaq tədqiqatçı - Orta Doğu Texniki Universiteti / Məsləhətçi: professor Hüseyin Bağcı, Ankara
  • 2018 - Qonaq tədqiqatçı - Dokuz Eylül Universiteti, İzmir
  • 2018 - DAAD qonaq tədqiqatçısı - Siegen Universiteti, Siegen
  • 2020 - Qonaq tədqiqatçı - Kocaeli Universiteti, İzmit

Akademik karyera[redaktə | mənbəni redaktə et]

  • 2009 - 2010 - Türk Dünyası İşlətmə Fakültəsində müəllim, UNEC
  • 2010 - 2015 - Beynəlxalq iqtisadi münasibətlər kafedrasında müəllim, UNEC
  • 2015 - Davam - Beynəlxalq iqtisadiyyat kafedrasında dosent, UNEC

İnzibati karyera[redaktə | mənbəni redaktə et]

  • 2006 - 2007 - Magistratura Mərkəzində inspektor, UNEC
  • 2007 - 2010 - Magistratura Mərkəzində böyük inspektor, UNEC
  • 2014 - Davam - Rektorun müşaviri, UNEC

Seçilmiş digər peşəkar fəaliyyətlər[redaktə | mənbəni redaktə et]

  • 2008 - Qonaq tədqiqatçı - Uludağ Universiteti / Məsləhətçi: professor İsmail Tatlıoğlu, Bursa
  • 2009 - Qonaq tədqiqatçı - Uludağ Universiteti / Məsləhətçi: professor İsmail Tatlıoğlu, Bursa
  • 2011-2018 - Azərbaycanın Vergi Jurnalının məsləhətçisi, Vergilər Nazirliyi, Bakı
  • 2012 - 2014 - Avrasiya Sosial Elmlər Forumu həmkoordinatoru, Bakı, Ankara, Türkistan, Bişkek
  • 2012 - 2014 - Azərbaycan Universiteti Biznes Məktəbinin müəllimi (saathesabı), Bakı
  • 2014 - 2018 - UNEC “SABAH” qruplarında müəllim (saathesabı), Bakı
  • 2014 - Davam - Sosyoekonomi Jurnalının (ESCI) redaksiya məsləhət şurasının üzvü, Hacettepe Universiteti, Ankara
  • 2017 - 2019 - D.02.051 şifrli dissertasiya şurasının elmi seminarının üzvü, UNEC, Bakı
  • 2017 - 2019 - FD.02.052 şifrli dissertasiya şurasının üzvü, UNEC, Bakı
  • 2017 - 2020 - “SABAH” qruplarına müəllim seçimi komissiyasının üzvü, Təhsil Nazirliyi, Bakı
  • 2018 - Davam - Azərbaycanın Vergi Jurnalının Baş redaktorunun müavini, İqtisadiyyat Nazirliyi, Bakı
  • 2018 - Gənc iqtisadçı tədqiqatçılar arasında elmi məqalə müsabiqəsi komissiyasının üzvü, AMEA İqtisadiyyat İnstitutu, Bakı
  • 2018 - ERASMUS+ qonaq müəllimi, Hacettepe Universiteti, Ankara
  • 2019 - Davam - “Eurasian Research Journal” elmi şurasının üzvü, Beynəlxalq Qazaxıstan-Türkiyə Ahmet Yesevi Universiteti, Almatı
  • 2021 - Davam - Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş həlli ilə bağlı Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin "Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi Qrupu"nun üzvü

Seçilmiş əsərləri[redaktə | mənbəni redaktə et]

Kitablar[redaktə | mənbəni redaktə et]

"Azərbaycan iqtisadiyyatı (infoqrafika)" kitabının təqdimatından, 23.12.2012, UNEC
  • "Azərbaycan iqtisadiyyatının dünyadakı reytinqi", Həmmüəllif, Elm nəşriyyatı, Bakı, 2011
  • "Hazar’dan Karadeniz’e Stratejik Bakış", Bölüm yazar, Yeditepe Yayınevi, İstanbul 2014
  • "Türkiye ile Türk Cumhuriyetleri Arasındaki Ekonomik İlişkiler", Bölüm Yazarı, Turan Yazgan Sosyal Bilimler Enstitüsü Kültür Yayınları, Kırgızistan: Celalabat, 2015.
  • "Economic Issue II", Co-Editor, First Edition, Baku: “İqtisad Universiteti” Publishing, Feburary 2020
  • "İqtisadi yazılar", “Nurlar” Nəşriyyat-poliqrafiya mərkəzi, Bakı, İyun, 2020
  • "Azərbaycan iqtisadiyyatı (infoqrafika)", Həmmüəllif, Şərq-Qərb nəşriyyatı, Bakı, 2021

Məqalələr[redaktə | mənbəni redaktə et]

  • Kayıtdışı Ekonominin temel özendirici faktörlerinden biri gibi yolsuzluk ve onunla mücadelenin Azerbaycan girişimleri, AKADEMİKBAKIŞ, Uluslararası Hakemli Sosyal Bilimler E-Dergisi, Sayı: 11, Yıl: Ocak, 2007[ölü keçid]
  • Eski Sovyet Cumhuriyetlerinde Kayıtdışı Ekonomiyle Mücadele Çerçevesinde Mali Af Uygulamaları, Bütçe Dünyası Dergisi, Cilt 3, Sayı 32, 2009, s.16-24 Arxivləşdirilib 2016-04-06 at the Wayback Machine
  • Türk Dünyası Ortak Yüksek Öğretim Alanının Oluşturulması İmkanları, VIII Türk Dünyası İqtisadiyyat, Elm və Mədəniyyət Forumu Materialları, Bakı, 2009, s. 283 - 295
  • Türk Cumhuriyetleri Arasında Ticari İşbirliği: Mevcut Durum Ve Perspektifler, İstanbul Üniversitesi Sosyoloji Konferansları Dergisi, Sayı: 41 (2010), s.41-61[ölü keçid]
  • Bağımsızlığının XX. Yılında Azerbaycan Cumhuriyeti Ekonomisi, Hacettepe Üniversitesi Türkiyat Araştırmaları Dergisi, 2011, Güz (15), s.277-312
  • İkitsat Biliminde Kayıtdışı Ekonomi Araştırmaları Üzerine, Yakın Doğu Üniversitesi Sosyal Bilimler Dergisi, Cilt V, Sayı 1, Nisan, 2012, s.34-52 Arxivləşdirilib 2013-02-28 at the Wayback Machine
  • Kayıtdışı Ekonomi Kavramına Ortak Yaklaşım Sorunu: Makroiktisat Kapsamlı Kavramsal Analiz, Hacettepe Üniversitesi Sosyoekonomi Dergisi, Sayı:18/2012-2, s.195-224[ölü keçid]
  • Kayıtdışı sektörün ekonomideki rolü tartışmaları üzerine: bir literatür tartışması. Uluslararası İktisadi ve İdari İncelemeler Dergisi, Sayı 14, 2015, s. 39-54.
  • Değişen Dünyada Değişmeyen Değerler: Türk Cumhuriyetlerinde Üniversite Öğrencilerinin İş Etiğine Yönelik Tutumları. “Bilig” Türk Dünyası Sosyal Bilimler Dergisi, Sayı: 87, Güz 2018, s.129-156.
  • Shadow Economy and Political Participation in the United States, Sosyoekonomi Journal, 30(52) 2022

Elmi məruzələr[redaktə | mənbəni redaktə et]

  • Türk Dünyası Yüksek Öğretim Alanının Oluşturulması İmkanları. VIII Türk Dünyası İqtisadiyyat, Elm və Mədəniyyət Forumunun “İpək Yolu XXI əsrdə” mövzusunda Beynəlxalq Konfransının (Bakı, 4-5 dekabr 2008) materialları, Bakı: “İqtisad Universiteti” nəşriyyatı, 2009, s.283-295
  • Nakit para talebi veya Tanzi yaklaşımıyla Azerbaycan kayıtdışı ekonomisinin tahmini üzerine bir deneme. 2. Uluslararası Balkanlarda Sosyal Bilimler Kongresi (Prizren, Kosova, 30 Mayıs-06 Haziran, 2010) Bildiri Kitabı, 2010, s.925-936.
  • Internal Corporate Brand Building in Higher Education Institutions: Case Study of UNEC. the 33rd International Business Information Management Association Conference (IBIMA), 2019, pp.4826-4838

Tərcümələr[redaktə | mənbəni redaktə et]

  • Aziz Sancarın Nobel Bioqrafiyası, həmtərcüməçi, Bakı, Elm nəşriyyatı, 2017
  • Klaus Şvab. Dördüncü Sənaye İnqilabı. Həmtərcüməçi, Bakı: İqtisad Universiteti Nəşriyyatı, Mart, 2020

Metodiki işlər[redaktə | mənbəni redaktə et]

  • Magistrant referatlarının yerinə yetirilməsi üzrə metodiki tövsiyə (Qrif: protokol No.13., 21.07.2009), Həmmüəllif, UNEC, 2009

Seçilmiş elmi layihələr[redaktə | mənbəni redaktə et]

  • SOCAR-ın sifariş etdiyi “Azərbaycan neftinin dünya bazar qiymətinin orta və uzun dövr üçün proqnozlaşdırılması” layihəsində tədqiqatçı, 2015-2016, UNEC
  • Azərbaycan hökumətinin sifariş etdiyi “Azərbaycanın Post-konfilikt Ərazilərinə Repatriasiyanın Proqnozlaşdırılması və Effektiv Təşkili üzrə Təkliflər” elmi-tədqiqat layihəsində ekspert, 2021-2022, ADA Universiteti

Seçilmiş prezentasiyalar, mühazirələr və moderatorluqlar[redaktə | mənbəni redaktə et]

  • Almaniya-Azərbaycan iqtisadi əlaqələri: mövcud vəziyyət və perspektivlər, Almaniyadakı Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyi, Siegen, 6 mart 2010
  • Türkiyenin Türk Dünyasına Yönelik Kalkınma ve İşbirliği Stratejileri, Almaniya Gənc Türklər Ocağı, Köln, 7 mart 2010
  • Azerbaycan’da Mesleki Eğitim: mevcut durum ve perspektifler, IX. Uluslararası Büro Yönetimi ve Sekreterlik Kongresi, Erzurum, 7 oktyabr, 2010
  • Bilik təməlli qlobal kapitalizm, “Azərbaycan 2016 Birinci Beyin Həftəsi” Layihəsi, UNEC İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım İctimai Birliyi, Bakı, 18 mart, 2016
  • Post-neft dövrünün iqtisadi inkişaf perspektivləri, UNEC ISE “Economics Talks” layihəsi, Bakı, 27 aprel, 2017
  • Dünyada gizli iqtisadiyyat problemi: miqyası, səbəbləri, nəticələri və leqallaşdırılması yolları, UNEC Tələbə Elmi Cəmiyyəti “Ekspertdən öyrən” Layihəsi, Bakı, 7 mart, 2018
  • Azərbaycan Xalq Cumhuriyyəti: milli iqtisadiyyatın formalaşdırılması təşəbbüsləri, UNEC, Bakı, 25 may, 2018
  • Kuşak ve Yol Girişimi: Türk Cumhuriyetleri Açısından Bir Ekonomik Değerlendirme, Ortak Tarih, Kültür, Eğitim ve Medeniyet Sempozyumu, Davetli Konuşmacı, ECO Eğitim Enstitüsü, Ankara, 28 Eylül, 2019
  • Orta Gelir Tuzağı: Türk Cumhuriyetleri Açısından Bir Değerlendirme, II. Uluslararası Sosyal Bilimler Kongresi, Davetli Konuşmacı, Gümüşhane Üniversitesi, Gümüşhane, 7 Kasım, 2019
  • Vətən müharibəsinin əhalinin həyat məmnuniyyətinə gözlənilən təsirləri, Seminar, Moderator, UNEC, 6 noyabr, 2020
  • “Siber güvenlik” oturumu başkanı, Uluslararası Türk Enerji Birliği Kongresi, 31 mart, 2021

Seçilmiş təltiflər və mükafatlar[redaktə | mənbəni redaktə et]

  • Fəxri Fərman, Magistrantların V Respublika Elmi Konfransı, Sumqayıt Dövlət Universitetinin rektoru tərəfindən, 2005
  • I yer, diplom və hədiyyə, Aspirant və Gənc Tədqiqatçıların XIII Respublika Konfransı,Təhsil Naziri tərəfindən, 2009
  • 2011-2012-ci tədris ili üzrə universitetin ən yaxşı müəllimi mükafatı, UNEC Elmi Şurası tərəfindən, 2012
  • Təhsilin inkişafındakı xidmətlərinə və yüksək ixtisaslı kadr hazırlığındakı nailiyyətlərinə görə Fəxri Fərman, Azərbaycan Respublikasının Təhsil Naziri tərəfindən, 2017
  • Qabaqcıl Təhsil İşçisi Döş Nişanı, Azərbaycan Respublikasının Təhsil Naziri tərəfindən, 2021 

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]