Elşən Hacıbabayev

Elşən Hacıbabayev (tam adı: Elşən Atababa oğlu Hacıbabayev; 29 mart 1980, Bakı) — Azərbaycan aktyoru.

Elşən Hacıbabayev
Elşən Atabala oğlu Hacıbabayev
Doğum tarixi (44 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Atababa Hacıbabayev
Fəaliyyəti aktyor
Təhsili Bakı Mədəni-Maarif Texnikumu,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Elşən Atabala oğlu Hacıbabayev 29 mart 1980-ci ildə Bakıda anadan olmuşdur. 1998-ci ildə Bakı Mədəni Maarif texnikumunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. 1999-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur.

Dram və kino aktyorudur. Film, reklam və kliplərdə çəkilmişdir. Evlidir.

Teatr səhnəsindəki rolları

[redaktə | mənbəni redaktə et]
  1. Hamlet (V.Şekspir) — keşiş
  2. Maqbet (V.Şekspir) — həkim
  3. Ölülər (C.Məmmədquluzadə) — Hacı Kazım ağa
  4. Mamay kişinin yuxuları (V.Səmədoğlu) — notarius
  5. İnək (N.Hikmət) — cocuk
  6. Karmen (P.Merime) — qaçaqmalçı; Alfonso
  7. Qum üzərində ev (M.Rüstəmbəyov) — Eldar
  8. Fanatlar (E.Hüseynbəyli) — oğlan
  9. Tabut (F.Mustafa) — musiqiçi
  10. Şübhəli əhvalat (Qabil) — reket
  11. Atamın kitabı (B.Vahabzadə) — həkim
  12. İblis (H.Cavid) — Arif
  13. Əbləhlərin toyu (R.Əlizadə) — Qardaşxan
  14. Mürafiə vəkilləri (M.F.Axundov) — aktyor
  15. Qarışqa yuvası (Ə.Qiyas) — Arif
  16. Sara Xatun (N.Saraclı) — Uğurlu
  17. Gecə soyğunçuları (M.Mitroviç) — polis
  18. Məhv olmuş gündəliklər (İ.Əfəndiyev) — Qənimət
  19. Tədbirə qarşı tədbir (V.Şekspir) — cəllad
  20. Kərbəlada doğan günəş (O.Altunbay) — Sərcun
  21. Nazirin xanımı (B.Nuşiç) — Ninkoviç
  22. Tarelkinin ölümü (A.S.Kabilin) — İvan Sidrov; 3-cü borc verən; şatala
  23. Nerostatı unudun (Q.Qorin) — nəzarətçi
  24. Aydın (C.Cabbarlı) — Mirzə Cavad
  25. Şeyx Sənan (H.Cavid) — Gürcü
  26. Ələddinin sehrli çırağı (ərəb xalq nağılı) — cəllad
  27. Viktoriya (K.Hamsun) — qonaq
  28. Şelkunçik (E.T.A.Hofman) — kral
  29. Oliver Tvistin macəraları (Ç.Dikkens) — Britlz
  30. Əcəl atı (V.Əlixanlı) — Hətəm; Marlen
  31. Mən səni sevirəm – MSS (Ə.Əmirli) — Marlen
  32. Romeo və Cülyetta (U.Şekspir) — hersoq
  33. Buzovna kəndinin əhvalatları (Elçin) — Kələntər
  34. Hacı Qara (M.F.Axundzadə) — Kərəməli
  35. Şahzadə Xəzərin nağılı (K.Ağabalayev, N.Kazımov) — ağ div
  36. Qaraca qız (S.S.Axundov, A.Şaiq) — Hüseynqulu bəy
  37. Buratinonun macəraları (A.Tolstoy) — Bazilio
  38. Danışan gəlincik (A.Şaiq) — padşah
  1. "Moskva-Bakı" qatarı (film, 2005)
  2. İnterpapa (film, 2006)
  3. Qaydasız döyüş (film, 2009)
  4. 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: restorandakı ofisiant)
  5. Döngələr (teleserial, 2012)
  6. Bir ailəm var (teleserial, 2013)
  7. Çaqqal nəfəsi (serial, 2013)
  8. 5+ (film, 2014-2015) (bədii serial) (rol: polis zabiti)
  9. Mən evə qayıdıram (film, 2014)
  10. Taksi parkı
  11. Oğlan evi
  12. Oğlan evi 2
  13. Gizlənpaç (film, 2016)
  14. Ögey ana (teleserial, 2017)
  15. Qız qaçırtma (film, 2017)
  16. Samedik (film, 2017)
  17. İkinci pərdə (film, 2017)
  18. Bir milli on manat ( film 2015)
  19. Ögey ana (teleserial, 2017)
  20. Sarı gəlin (serial, 2017)
  21. Baldız (serial 2018)