Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 1 saniyə əvvəl Xeyal (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Elşən Qarayev - Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. Qarabağ müharibəsinin və Aprel döyüşlərinin iştirakçısı.
Elşən Qarayev | |
---|---|
Qarayev Elşən Nüsrət oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Zərdab, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbə | Polkovnik-leytenant |
Təltifləri |
Elşən Qarayev 1973-cü ildə Zərdab şəhərində doğulub. 1990-cı ildə orta məktəbi bitirdikdən sonra Gürcüstana gedərək Tbilisi Ali Artilleriya Məktəbinə daxil olub. İctimai-siyasi vəziyyət gərginləşdiyindən 6 ay sonra Azərbaycana qayıdıb və Bakı Ümumqoşun Komandirləri Ali Hərbi Məktəbində təhsilini davam etdirib.
3-cü kursda oxuyarkən bir qrup kursantla könüllü olaraq Qarabağ uğrunda döyüşlərə yollanıb. 45 gün Ağdam cəbhəsində, Qərvənd kəndi uğrunda gedən gərgin döyüşlərdə iştirak edib.
1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasında əsl vətənpərvərlik nümunəsi göstərib. 1995-ci ildə Bakı-Moskva sürət qatarında axtarış zamanı partlayıcı qurğu aşkarladığına görə Müdafiə naziri tərəfindən mükafatlandırılıb. 20 ilə yaxın cəbhə bölgələrində xidmət edib. Tağım komandirliyindən briqadanın mühəndis xidməti rəisi vəzifəsinədək yüksəlib.
2016-cı il Aprel döyüşlərində döyüşdə şəhid olan zabit və əsgərlərimizin nəşini döyüş bölgəsindən Elşən Qarayev çıxarıb:
General Bərxudarov tapşırıq verdi ki, şəhidlərimizin cənazəsi heç bir xələl gəlmədən döyüş bölgəsindən çıxarılmalıdır. Mən də tapşırıqdan dərhal sonra onların nəşini çıxarmağa yollandım. Qayıdanda maşın minaya düşdü. Qızğın döyüş gedən ərazidən şəhidlərimizin cənazələrini güllə yağışı altında çıxardıq. Qayıdanda sürücüyə “dayan, qarşıda mina var” desəm də, artıq gec idi. Biz minaya düşdük. Qapı açıldı, mən yıxıldım, amma şəhidlərimizin nəşinə heç bir xələl gəlmədi. Özüm də birinci dəfə yüngül xəsarət aldım.[1] |
Lələtəpə döyüşünə qədər iki dəfə minaya düşüb yüngül xəsarətlər alıb. 2016-cı ildə Lələtəpə döyüşündə gecə saat 4 radələrində minaya düşür və ayağını itirir.
"Qüsursuz xidmətə görə", "Vətən naminə", "Vətən uğrunda" medalları ilə təltif olunub.