Elşad Əhmədli

Elşad Əhmədli (1 noyabr 1981) – Gəncə Dövlət Dram Teatrı. Baş rejissor

Elşad Əhmədli
Əhmədli Elşad Eldar oğlu
Doğum tarixi (42 yaş)
Doğum yeri Gəncə
Milliyyəti Azərbaycan Respublikasının vətənaşı
Təhsili Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Teatr Gəncə Dövlət Dram Teatrı

Əhmədov Elşad Eldar oğlu 1 noyabr 1981-ci ildə Gəncə şəhərində anadan olub.1998-ci ildə AzDMİU-nun Teatr və Kino sənəti fakültəsinin Dram-Kino aktyorluğu ixtisası üzrə Həsənağa Turabovun kursuna qəbul olunmuş və 2002-ci ildə ali təhsilini başa vurub , elə həmin ildə Hərbi xidmətə yollanmışdır. Universitetdə təhsil aldığı illərdə (2000–2002-ci il) Azərbaycan Akademik Milli Dram Teatrının truppasında 2-ci dərəcəli aktyor işləmişdir. 2002-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi A. M. Şərifzadə adına "ÜFÜQ XXI" Eksperimental Tamaşalar Festivalında S. Bekketin "İlk məhəbbət" hekayəsi əsasında hazırlanmış eyniadlı mono tamaşadakı ifasına görə, festivalın "Ən cəsarətli yaradıcılıq işi" nominasiyası ilə təltif olunmuşdur. 2003-cü il sentyabrın 1-dən Gəncə Dövlət Dram Teatrında aktyor kimi əmək fəaliyyətinə başlamışdır. 2006-cı ildə "Açıq Cəmiyyət İnstitutu" və "YUĞ" Teatrının birgə təşiklatçılığı ilə "MƏN , SƏN , BİZ " Beynəlxalq Teatr Layihəsinin iştirakçısı olub. 2007-ci ildə Hüseyn Cavidin 125 illiyinə həsr olunmuş "Deyilən söz yadigardır" II Ümumrespublika bədii qiraət müsabiqəsinin III dərəcəli diplomu ilə təltif edilmişdir. Kamal Abdullanın "İstintaq" hekayəsinin motivləri əsasında səhnələşdirdiyi və quruluşçu rejissoru olduğu "Sərgərdan" psixo-dramtik-zikr tamaşası ilə 2011-ci ildə AzTXİ-nin keçirdiyi "Eksperimental tamaşalar" festivalının iştirakçısı olmuş və festivalın diplomu ilə təltif edilmişdir.

Teatrda oynadığı rollar

[redaktə | mənbəni redaktə et]

R. İsmayılov "Son məktub" Rzabala (2003), İ. Əfəndiyev "Ağıllılar və dəlilər" Kərəm (2004), H. Mirələmov "Vicdanın hökmü" Sabir (2004), Ş. Əliyev "Nəsrəddin və Əzrayıl" Rəcəb (2005), N. Cəfərov "Buna da şükür" Eynəkli (2005), İ. Əfəndiyev "Qəribə oğlan" Otar (2006), C. Cabbarlı "Solğun çiçəklər" Bəhram (2006) Hidayət "Bu dünyanın adamları" Sarvan (2007), M. Haqverdiyev "Məhəbbət oyun deyil" Rüstəm (2007), İ. Məlikzadə "Yaxın adam" Xəlil (2008), Ə. Əmirli "Varlı qadın" Qara (2008), Elçin "Ölüm hökmü" Murad (2009), T. Cucenoğlu "Gözəlçələr" Apo (2009), M. F. Axundzadə "Müsyö Jordan və dərviş Məstəlişah" Şahbaz (2011), İftixar"Dan yeri söküləndə" Aşıq Əhsən (2012), K. Ağayeva "Məhsəti" Əmir Əhməd (2013), İ. Əfəndiyev "Unuda bilmirəm" Cəmil (2013), A. İdrisoğlu "Şah İsmayıl Xətai" Simasız hökmdar (2014), N. Dumbadze "Ağ bayraqlar" Qiqla (2014)

Rejissor fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 2014-cü ildən GDDT-da quruluşçu rejissor kimi fəaliyyətə başlamış və aşağıdakı tamaşalara quruluş vermişdir.

K. Abdulla "Sərgərdan" psixo-dramatik-zikr (2011), İ. Əfəndiyev "Tənha İydə ağacı" nisgillik dramı (2012), Turqay Nar "Şəhrizadın oyunu" mistik-psixoloji-dram (2015), E. Əhmədov "Maşa və onun dostları" nağıl tamaşa (2016), A. Şaiq "Tıq- tıq xanım" nağıl – tamaşa (2017), O. Mədətqızı"Sevgi ölmür" lirik dram (2017), Ş. Perro "Çəkməli pişik" nağıl tamaşa (2017), T. Cücenoğlu "Matruşka" romantik komediya (2018), M. Musabəyli "Şəngülüm , Məngülüm , Şüngülüm" nağıl – tamaşa (2018), Xəzangül "Xərabət gözəli" bioqrafik faciəli eşq ayini (2018), "Ali Baş Komandanım!" video — kompazisiya (2020), "Dalğalan millət bayrağı!" video — kompazisiya (2020), "Vətən əmanəti" ədəbi — bədii kompazisiya (2021), "Qayıdış" film — kompazisiya (2021) , N. Gəncəvi "Xəmsə" film — kompazisiya (2021), N. Gəncəvi "Nizaminin poeziya işığında" ədəbi — bədii — musiqili kompazisiya (2021), Cahangir Ələkbərov "Qaranlıqdan işığa" flash — back (2021), Con Patrik "Qəribə missis Sevic" mistik-komediya(2022), Hüseyn Cavid "Ana" bir hissəli mərhəmət dramı (2022)

" 34. Uluslararası Aksu Tiyatro Festivalı" Türkiyə-Giresun 2011, "Tuğanlık-2012" Türkdilli Dövlətlərin Beynəlxalq Teatr Festivalı 2012, " 6. Bin nefes bir ses Uluslararası Tiyatro Festivalı" Türkiyə-Konya 2013, "20. Uluslararası Ankara Tiyatro Festivalı rejissor, Ankara 2015, "Bin nefes bir ses Uluslararası Tiyatro Festivalı" rejissor, Konya 2016 , "24. Fevzi Beyazitoğlu Tiyatro günleri" rejissor, Türkiyə-Giresun-2018, "1. Maltepe Uluslararası Tiyatro Festivalı" rejissor, İstanbul 2018, "2. Maltepe Uluslararası Tiyatro Festivalı" Jüri, İstanbul 2019, "3. Maltepe Uluslararası Tiyatro Festivalı" Seminar-ustad dərsi "Aktyor müşahidəsi və xarakter analizi", Jüri heyəti, İstanbul 2021, "Milli Klassika Festivalı" rejissor Bakı 2022