Elşad Dönməz oğlu Məmmədov (1996; Ağdam, Tovuz rayonu, Azərbaycan — 12 iyul 2020; Tovuz rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş əsgəri, 2020-ci il iyulunda Tovuz istiqamətində baş verən döyüşlərin şəhidi.[1]
Elşad Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ağdam, Tovuz rayonu, Azərbaycan |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Tovuz rayonu, Azərbaycan |
Dəfn yeri | Tovuz rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Baş əsgər |
Döyüşlər | Tovuz döyüşləri |
Təltifləri |
Elşad Məmmədov 1996-cı ildə Tovuz rayonunun Ağdam kəndində anadan olub.[2] Ailəli və bir oğul atası idi.
Xalası oğlu Elburus Yusifov 2020-ci ildə Vətən müharibəsi zamanı şəhid olmuşdur.
Hərbi xidməti başa vurduqdan sonra ailəsinin etirazına baymayaraq, orduda müddətdəna artıq hərbi qulluqçu kimi xidmət etmək qərarına gəlmişdi[3].
Azərbaycan Silahlı Qüvvələrinin baş əsgəri olan Elşad Məmmədov 2020-ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvələri Tovuz rayonu istiqamətində təxribatının qarşısını alan zaman şəhid olub.[2] Tovuz döyüşlərinin şəhidi Elşad Məmmədov iyulun 13-də doğulduğu Tovuz rayonunda dəfn olundu.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşad Məmmədov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[4][5]