ElCleaner

ElCleaner proqramı kompyüteri lazımsız və ziyankar fayllardan təmizləyir, Windows-dakı problemləri və nasazlıqları aradan qaldırır. Güclü və sürətli təmizləmə mexanizminə malik olan bu proqram sistem reyestrindəki lazımsız yazıları, sərt diskdəki gərəksiz temp faylları, sistem hadisələrini, autorun virusları və s. də silir, Windows xidmətlərini və prosesləri optimizə edir, bununla da kompyüterin iş sürətini artırır. Proqramın funksiyaları:

Təmizləmə modulu:

  • Lazımsız temp fayllar silinir.
  • Müvəqqəti internet faylları brauzerlərindən (Internet Explorer, Google Chrome, Opera, Mozilla Firefox, Apple Safari) silinir.
  • Proqram qalıqları (MS Office, Adobe Acrobat, Nero, WinRAR, Google-Earth, Adobe Flash Player, Avira Antiver, BitTorrent, Utorrent, Notepad++, Unlocker, Effective File Search, CuteFTP Pro, AVC Ultimate, AIMP3 və s.) silinir.
  • Köhnə bərpa nöqtələri silinir.
  • Sistem hadisələri silinir.
  • Reyestrdəki lazımsız açarlar və yazılar silinir.

Optimizasiya modulu:

  • Sistem xidmətləri optimizasiya edilir.
  • Kompyuterin söndürülməsi və Windows-un funksionallığı artırılır.

VirusVaccine modulu:

  • Autorun və bir sıra digər virusların sistemdən silinməsi.
  • Virusun ziyanverici təsirinin aradan qaldırılması.

Regedit.exe, Taskmgr.exe, Papkanın parametrləri menyusunu, Gizlənən fayl və papkaların görsənməsi funksiyasını, İcraçı faylların işini bərpa edir, Autorun.inf ziyankar faylını blokirovka edir.

  • Fleşkalardan AutoRun-I dayandırır(Auto Play isə qalır).
  • autorun.inf ziyankar faylını bütün disklərdən silir. (VirUpdate proqramının AutoRun.inf faylını silmir!).

Sistem problemlərinin həlli və tvik modulu:

  • Kompüterdəki problemlərin aradan qaldırılması - Troubleshooter и Fix It
  • Zədələnmiş reestr açarlarının bərpası
  • Sistem və təhlükəsizlik
  • Fayl və disklərin assosasiyası
  • Şəbəkə və internet
  • Qidalanma
  • proqram və komponentlər
  • Avadanlıqlar
  • Printerlər
  • Multimedia
  • Fayllar və qovluqlar
  • Rus şriftləri düz əks olunmur
  • Yüklənmə
  • Microsoft Office və sair

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]