Elbəy Aslanov

Aslanov Elbəy Aslan oğlu 1951-ci ildə Gədəbəy rayonunun Şınıx bölgəsinin Arabaçı kəndinində anadan olmuşdur. Orta məktəbdə oxuduğu illərdə məktəbin bacarıqlı, sevilən şagirdlərindən biri kimi seçilib. O, məktəbin komsomol təşkilat katibi olub. Orta təhsilini əla qiymətlərlə başa vurub. Sənədlərini Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə verib. Qəbul imtahanlarından yüksək bal toplayaraq həmin fakültənin əyani şöbəsinə daxil olmuşdur. Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, tanınmış riyaziyyatçı alim, böyük insan Qoşqar Əhmədovun tələbəsi olmuşdur. Elbəy burada istedad və bacarığı ilə seçilib, əlaçı olmaqla bərabər universitetin ictimai həyatında fəal iştirak edib, müəllim və tələbələr arasında böyük hörmət qazanmışdır.

Elbəy Aslanov
Aslanov Elbəy Aslan oğlu
Doğum tarixi 1951-ci il
Doğum yeri Azərbaycan Azərbaycan , Gədəbəy rayonu
gedebey.info/sayt/?page_…

Həyatı[redaktə | mənbəni redaktə et]

1974-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirib.

Mexanika-riyaziyyat fakültəsinə Komsomol təşkilat katibi seçilib. Universitet komsomol komitəsinin büro üzvü, Oktyabr rayon komsomol konfranslarına və Azərbaycan Komsomolu təşkilatının qurultayına nümayəndə seçilmişdir. O dövrdə çox fəallıq göstərən tələbə inşaat dəstələrində komissar, komandir vəzifəsində çalışmışdır. Buna görə İttifaq Komsomolu Mərkəzi komitəsinin fəxri-fərmanı ilə təltif olunmuşdur.

1979-cu ildə Azərbaycan Dövlət Politexnik İnstitutunun aspiranturasına daxil olub, eyni zamanda "Nəzəri mexanika" kafedrasında dərs demişdir.

1979-cu ildə Alma-Atada Qazaxıstan Dövlət Universitetində namizədlik dissertasiyası müdafiə edərək Fizika-riyaziyyat elmlər namizədi alimlik dərəcəsi almışdır. Sonralar bu universitetlə sıx elmi-əlaqə yaratmış, onlarla birlikdə elmi axtarışlar aparmışdır.

Hal-hazırda işlədiyi Azərbaycan Texniki Universitetində və "Odlar Yurdu" Universitetində dosent vəzifəsində çalışır, 60-dan artıq elmi əsərin və bir neçə dərs vəsaitinin müəllifidir. O, keçmiş SSRİ-nin bir sıra Dəhərlərində (məs: Qroznı, Alma-Ata, Riqa, Moskva, Daşkənd, Kiyev) təşkil olunmuş elmi konfrans və simpoziumlarda müvəffəqiyyətlə çıxışlar etmişdir. 3-dəfə Almaniya Respublikasına elmi ezamiyyətə göndərilmişdir. Bu ezamiyyət onun həyatında dərin iz buraxmış, elmi yaradıcılığına böyük təsir göstərmişdir.

Elbəy Aslanov Moskvada, Alma-Atada, Kiyevdə ixtisasartırma kurslarında olmuş, qazandığı təcrübəni çalışdığı müəssənin işinə tədbiq etmişdir.

O, Respublika Təhsil Nazirliyinin mükafatı, SSRİ və Azərbaycan Komsomolu Mərkəzi komitəsinin döş nişanları və fəxri fərmanları ilə təltif edilmişdir. Azərbaycan LKKİ-nı MK-nın üzvü və oktyabr rayon sovetinin deputatı seçilmişdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

http://gedebey.info/sayt/?page_id=485[ölü keçid]