Bu məqaləni vikiləşdirmək lazımdır. |
Elbəy Babayev (tam adı: Elbəy Rasim oğlu Babayev; 30 mart 1974) — kimyaçı alim, Aşqarlar Kimyası İnstitutunda labortoriyada aparıcı elmi işçi.
Elbəy Babayev | |
---|---|
Elbəy Rasim oğlu Babayev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya üzrə fəlsəfə doktoru |
İş yeri | Aşqarlar Kimyası İnstitutunda labortoriyada aparıcı elmi işçi |
Elbəy Babayev 1974-cü il martın 30-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhər 160 saylı məktəbdə aldıqdan sonra, 1990-cı ildə Azərbaycan Dövlət Neft Akademiyasının kimya-texnologiya fakültəsinə qəbul olunub. E.Babayev 1995-1996-cı illərdə Almaniyanın Frankfurt-Mayn şəhərinin VHS institutunda alman dilini təkmilləşdirmiş və 1996-2001-ci illərdə Frankfurt-Mayn şəhərinin J.V.Göthe Universitetində Biokimya ixtisası üzrə təhsil almışdır. E.R.Babayev əmək fəaliyyətinə 2000-ci ildə Almaniyanın Frankfurt-Mayn şəhərinin Grüner-Domek klinikasının laboratoriyasında başlamışdır. Sonradan Almaniyanın J.V.Göthe Universitetində Ətraf mühitin Analitikası İnstitutunda elmi işçi kimi fəaliyyət göstərmişdir. O, AMEA-nın Aşqarlar Kimyası İnstitutunda 2011-ci ilin iyun ayından əvəzçiliklə mühəndis, 2013-cü ilin sentyabr ayından əvəzçiliklə elmi işçi, 2016-cı ilin aprel ayından əvəzçiliklə böyük elmi işçi vəzifələrində işləmişdir. 2017-ci ilin yanvar ayından o, əvəzçiliklə aparıcı elmi işçi vəzifəsində çalışır. E.R.Babayev 26 aprel 2013-cü il tarixində Azərbaycan MEA akademik Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutu nəzdində fəaliyyət göstərən D.01.031 Dissertasiya Şurasında 2314.01 - "Neft kimyası" ixtisası üzrə "Abşeron yarımadasının neftlə çirklənmiş müxtəlif ərazilərində gedən biodestruksiya prosesləri nəticəsində çirklənmələrin tərkib və xassələrinin dəyişmə xüsusiyyətləri" mövzusunda dissertasiya işini müdafiə etmişdir E.R.Babayev 2014-cü ildə 2314.01 - "Neft kimyası" ixtisası üzrə elmlər doktoru hazırlığından qiyabi doktoranturaya qəbul olmuşdur. Hal-hazırda o, “Mühafizəedici aşqarlar” laboratoriyasında “Neft məhsullarının mikrobioloji zədələnməsinin qarşısını alan birləşmələrin kimyəvi və mikrobioloji skrininqi əsasında yüksəktəsirli biosidlərin işlənib hazırlanması” mövzusu üzərində çalışır.
AMEA AKİ-də fəaliyyətə başladığı andan E.Babayev Neft məhsullarının mikrobioloji zədələnməsinin qarşısını alan birləşmələrin kimyəvi və mikrobioloji skrininqi əsasında yüksəktəsirli biosidlərin sintezi, tədqiqi və tətbiqi istiqamətində səmərəli işlər aparmışdır. Aşqarlar Kimyası İnstitutunda işlədiyi müddət ərzində o, Respublika üçün önəmli olan və müxtəlif donorlar tərəfindən maliyyələşdirilmiş bir sıra aktual layihələrdə - "Neftlə çirklənmiş torpaqların bioloji təmizlənməsi", "Azərbaycan neftlərinin bionişanları", "Neftlə çirklənmiş torpaqların fitoremediasiyası", "Ekoloji təmiz gübrələrin biokimyəvi istehsal texnologiyasının işlənməsi"(Ukrayna Elm və Texnologiya Mərkəzi); "Az komponentli, ekoloji təmiz və biostabil yağlayıcı-soyuducu kompozisiyaların işlənib hazırlanması", "Zülali yemin mikrobioloji sintezi" (CRDF - U.S.Civillian Research and Development Foundation-Amerikanın Vətəndaş Tədqiqatları və İnkişaf Fondu); "Yağlar, yanacaqlar və yağlayıcı-soyuducu mayelərin effektiv mühafizə vasitələrinin işlənib hazırlanması"(Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu) iştirak etmişdir. Bu layihələr yerinə yetirilərkən təbiət-iqlim amillərinin və mikrobioloji oksidləşmə nəticəsində neftlə çirklənmiş torpaqlarda gedən deqradasiya proseslərinin təsirilə neft çirklənmələrinin karbohidrogen tərkibinin xüsusiyyətləri öyrənilmiş, Abşeron yarımadasının neftlə çirklənmiş torpaqlarının təmizlənməsi üçün seçilmiş mikroorqanizmlər və torpağı münbitləşdirən əlavələrdən ibarət yeni biopreparatların alınması üsulları işlənib hazırlanmışdır. Bir neçə mərhələdən ibarət laboratoriya sınaqlarının nəticəsində müxtəlif təbii mikroorqanizm və bitkilərin metabolik potensialından istifadə etməklə Abşeron yarımadasının neftlə çirklənmiş torpaqlarının effektli zərərsizləşdirilmə və rekultivasiya texnologiyasının elmi əsasları işlənib hazırlanmışdır. Azərbaycan neftlərinin genetik təsnifatı üçün məlumat bankının zənginləşdi-rilməsinə kömək edəcək Abşeronun müxtəlif neft yataqları üçün səciyyəvi olan bioloji nişanların (relikt karbohidrogenlərin) təbiəti və quruluş tərkiblərinin xüsusiyyətləri dərindən öyrənilmişdir.
E.R.Babayev 85 elmi əsərin, o cümlədən 2 Azərbaycan patenti, 2 müəlliflik şəhadətnaməsi, 45 məqalə (bunlardan 27-si xarici, 18-i yerli nəşrlərdə) və 36 tezis müəllifidir. O, bir sıra beynəlxalq (CRDF, STCU) və respublika (EİF, ARDNŞ-ın Elm Fondu) qrant layihələrinin qalibi olmuşdur.