Elbrus Əliyev (əsgər, 1962)

Elbrus Əliyev (17 iyun 1962; Ağalı, Azərbaycan SSR-15 avqust 1992; Qarabağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Şəhid.

Elbrus Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Ağalı, Ağdaş rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (30 yaşında)
Vəfat yeri Qarabağ, Azərbaycan
Vəfat səbəbi şəhid
Dəfn yeri Ağalı, Ağdaş rayonu
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Əsgər Əliyev
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 1992-ci il
Rütbə Əsgər
Döyüşlər

Həyatı[redaktə | mənbəni redaktə et]

Əliyev Elbrus Əsgər oğlu, 17 iyun 1962-ci ildə Ağdaş rayonunun Ağalı kəndində anadan olmuşdur. 1969-cu ildə Nizami adına şəhər orta məktəbin birinci sinifinə getmişdir. 1979- cu ildə həmin məktəbi bitirdikdən sonra "Kommunist" sovxozunda fəhlə işləmişdir. 1982-ci ildə Bakıda 14- saylı Texniki Peşə məktəbinə daxil olur. Bitirdikdən sonra Səngəçal Dəniz Neft-Qaz çıxarma idarəsində Qazmaçı işləyib. Daha sonra rayona qayıdaraq, burada yenidən Texniki Peşə məktəbinə daxil olub və sürücülük sənətinə yiyələnib. 1989-cu ildə ailə həyatı qurub və Dilşad və Elvin adında iki övladı var. Sonradan yenidən Bakıya qayıdaraq Qaradağ rayonunda Neftçi peşəsini davam etdirmişdir.

Xidmət illəri[redaktə | mənbəni redaktə et]

Elbrus Əsgər oğlu Əliyev 1992-ci il avqustun 17-si öz doğma kəndinə Ağdaş rayonunun Ağalı kəndinə qayıdır Ancaq bu dəfə şəhid olaraq. Dəfn mərasiminə minlərlə rayon və kənd sakini ilə yanaşı, şəhidin çiyin çiyinə döyüşdüyü hərbçi yoldaşları qatılır. Dəfn mərasiminin sonunda yaylım atəşi açılır və şəhid Elbrus Əliyev Ağal kənd qəbiristanlığında torpağa tapşırılr.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]