Elbrus Paşayev (tam adı:Elbrus Paşa oğlu Paşayev, d.1957,Gəncə) — Dövlət xadimi, "Azdövsutəslayihə" institutunun (VII) direktoru.
Paşayev Elbrus | |
---|---|
Elbrus Paşa oğlu Paşayev | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Paşa Paşayev |
Elmi dərəcəsi | texnika elmləri namizədi |
Təhsili | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Elbrus Paşa oğlu Paşayev 4 fevral 1957-ci ildə Gəncə şəhərində, dövrünün tanınmış ziyalılarından biri, Azərbaycanda meliorasiya və su təsərrüfatı sahəsində böyük əməyi olan Paşa Sirac oğlu Paşayevin ailəsində anaban olmuşdur.[1] Bakı şəhərindəki 20 saylı orta məktəbi 1974-cü ildə bitirmişdir. 1974-1979-cu illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (indiki AzMİU) Hidromeliorasiya fakültəsində hidrotexniki tikintilər ixtisası üzrə ali təhsil almışdır. 1979-cu ildə “Azərkəndtikintisuçəkiliş” Tikinti Birliyində gənc mütəxəssis kimi mühəndis-hidrotexnik vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Paşayev E.P. 19.11.1979-30.04.1981-ci illərdə hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olandan sonra 30.04.1981-30.01.1983-cü illərdə “Azərkəndtikintisuçəkiliş” Tikinti Birliyində mühəndis-hidrotexnik vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir. E.P. Paşayev 31.12.1982-31.12.1985-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Qruntlar mexanikası, bünövrələr və özüllər” kafedrasının əyani şöbəsinin aspirantı olmuşdur. Aspiranturada təhsilini başa çatdırdıqdan sonra göndəriş əsasında AzMİU-nun “Hidrotexniki qurğular və hidravlika” kafedrasında assistent vəzifəsində pedaqoji fəaliyyətə başlamışdır. 1986-1991-ci illərdə assistent, 1991-1995-ci illərdə baş müəllim, 1995-ci ildən dosent vəzifəsində çalışır. 1988-ci ildə dünyaşöhrətli alim, professor Abbas Əli oğlu Mustafayevin rəhbərliyi altında “Qrunt suyunun səviyyəsinin qalxması nəticəsində lyosvari qruntlarda əlavə çökmənin proqnozlaşdırılması” mövzusunda tamamladığı dissertasiya işini müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsini almışdır. Tədqiq etdiyi elmi işlərin yekunları haqqında keçmiş SSRİ və müstəqil Azərbaycan Respublikasında keçirilmiş çoxsaylı elmi konfranslarda və beynəlxalq simpoziumlarda məruzələr edərək çox saylı məqalələr çap etdirmişdir. Ümumilikdə 70 adda çap olunmuş elmi əsərlərin müəllifidir. Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində 16.05.2005-ci ildən fəaliyyətə başlayan “İnşaat” kollecinin ilk direktoru olaraq, yeni təhsil müəssisəsinin maddi-texniki bazasını yaratmış və tədrisi təşkil etmişdir. Elbrus Paşa oğlu Paşayev 01.03.2007-21.04.2008-ci illərdə "Azdövsutəslayihə" institutunun baş mühəndisi vəzifəsində işləmişdir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndə heyətinin tərkibində, 2007-ci ilin dekabr ayında Nyu-York şəhərində keçirilən “Birlikdə dünyanı daha məhsuldar məkana çevirmək uğrunda” I Qlobal İnfrastruktur Forumunda iştirak etmişdir. Forum iştirakçıları olan sərmayəçilərə “Yuxarı Şirvan kanalının yenidən qurulması” və “Ağsuçay su anbarının tikintisi” layihələrini təqdim etmişdir.
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 2013-ci ildə meliorasiya və su təsərrüfatı sahəsində yüksək fəaliyyətinə görə ona "Azərbaycan Respublikasının Əməkdar mühəndisi" fəxri adı verilmişdir.
Paşayev Elbrus Paşa oğlu 21.04.2008-ci ildən "Azdövsutəslayihə" institutunun direktoru vəzifəsində çalışır.