Elburs anaptixiyası

Elburs anaptixiyası (Elmi adı - Anaptychia elbursiana) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir– VU D2. Nadir növdür.[1][2]

Elburs anaptixiyası
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Elburs anaptixiyası
Beynəlxalq elmi adı
  • Anaptychia elbursiana

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Tallomu yarpaqvaridir, rozet formalı, 3-4(5) sm-qədər diametrdə soredilidir. Lövhəciklər yastı və yaxud qabarıqdır, yarılmış, eni 0,8-1(2) mm, bir-birilə sıxlaşmışdır. Lövhəciklərin üst hissəsi boz, bozumtul, nadi hallarda bozumtul –qəhvəyi rənglidir. Soredilər tünddür. Özəyi ağdır, alt hissəsi ağımtıldır. Bəzən mərkəzə doğru sarımtıl –qəhvəyiyə qədər bir qədər tündləşir. Soredilər qara rənglidir, lövhəciklərin qırağında yerləşirlər, Apotesilər məlum deyil. Piknidilər tünd qəhvəyi, talloma batırıblar. Mamırlı daşda daşların üzərində olan torpaqda,qayada, açıq və quru yerlərdə bitir.[1][2][3]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Yarpaq formalı talloma malik kserofit, işıqsevən növdür, soredi və piknidilər vasitəsi ilə çoxalır.[1][2]

Qobustan, Sənqəçal terminalının ətrafı, qayada yayılmışdır.[1][2][4]

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın təbii bərpası azalır, ətraf mühitin mənfi təsirlərinə həssaslıq müşahidə olunur.[1][2][5]

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Heyvanların sistemsiz otarılması və tapdalanma.[1][2][5]

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Mühafizəsi üçün növün yayılmasını tam müəyyənləşdirmək və arealını xəritələşdirmək. Populyasiyaları üzərində daim nəzarət təşkil etmək, yeni yayılma yerlərini axtarmaq.[1][2][5]

  1. 1 2 3 4 5 6 7 Azərbaycan Respublikasının Qırmızı kitabı  Nadir və nəsli kəsilməkdə olan bitkigöbələk növləri II nəşr, Bakı-2013
  2. 1 2 3 4 5 6 7 "Arxivlənmiş surət". 2021-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-20.
  3. Определитель лишайников России, 2008
  4. Алвердиева С.М., 2009; 
  5. 1 2 3 Tərtibçinin məlumatı