Eldəniz Həsənov (əsgər)

Eldəniz Ramiz oğlu Həsənov (21 mart 1978; Şahağac, Astara rayonu, Azərbaycan SSR – 5 avqust 1998; Cocuq Mərcanlı, Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhidi.

Eldəniz Həsənov
Eldəniz Ramiz oğlu Həsənov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Şahağac, Astara rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (20 yaşında)
Vəfat yeri Cocuq Mərcanlı, Cəbrayıl rayonu, Azərbaycan
Dəfn yeri Şahağac
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Ramiz Həsənov
Anası Asya Həsənova
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 1997 - 1998
Rütbə Əsgər

Həyatı[redaktə | mənbəni redaktə et]

Eldəniz Ramiz oğlu Həsənov 21 mart 1978-ci il Astara rayonunun Şahağac kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1997-ci il aprel ayında hərbi xidmətə yola düşüb.[1]

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Eldəniz Həsənov 5 avqust 1998-ci il Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində xidmət aparan zaman minaya düşüb. Eldəniz Həsənov doğulduğu Astara rayonunun Şahağac kəndində dəfn olunub. Yaşadığı Astara rayonunun Şahağac kəndində şəhidimizin adını əbədiləşdirilməsi üçün plakatı qoyulub. Doğulduğu Astara rayon Şahağac kəndində yeni inşa olunan bulaq kompleksində şəhidimiz Eldəniz Həsənovun (əsgər) xatirəsi əbədiləşdirilib.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ordu.az. "Bu gün doğum günü olan şəhidlərimiz - FOTOLAR" (az.). Ordu.az. 20.09.2021. 2021-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2023.