Eldar Məmmədov (azərb. Məmmədov Eldar Zeynal oğlu) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.
Eldar Məmmədov | |
---|---|
azərb. Məmmədov Eldar Zeynal oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | Qara Yanvar şəhidi. |
Eldar Məmmədov 1966-cı ilin 13 may tarixində Bakı şəhərində anadan olub. 5 nömrəli çörək zavodunda fəhlə işləyib. Subay idi. 19-u günü Eldar qonşuları Fərhadla birlikdə Olimp mağazasının yanında tankla üz-üzə gəlmiş,tankın üzərinə qaçmışdır və tank tərəfindən atəşə tutulmuş, güllə Eldarın boğazından dəymiş və bel hissəsindən çıxmışdır. Fərhad Eldarı yaxındakı evlərin birinə aparıb. Həkim gələnə kimi o keçinib. Şəhidlər xiyabanında dəfn edilib
Bu ünvanda yaşamışdır: Bakı şəhəri, Musabəyov küçəsi, 2-ci Yasamal, ev 10.
Şəhər Xalq Deputatları Soveti Rəyasət Heyətininn 13 dekabr 1993-cü il tarixli 21/205 saylı qərarı ilə Yasamal rayonu ərazisində yerləşən 21 nömrəli tam orta məktəbə Eldar Məmmədovun adı verilib.