Eldar Nuriyev (Alim)

Nuriyev Eldar Srac oğlu — İqtisad elmləri üzrə fəlsəfə doktoru, (1975),“Azərsənayetikintimaterialları” Dövlət Konserninin vitse-prezidenti (1991-1998), Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “İqtisadiyyat və tikinti normaları” şöbəsinin müdiri (2008 -2013), AzİMETİ-nin fəxri doktoru (2018), İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun “İqtisadiyyat və tikinti normaları” şöbəsinin müdiri

Eldar Nuriyev
Nuriyev Eldar Srac oğlu
Nuriyev Eldar.tif
Doğum tarixi (86 yaş)
Doğum yeri Bakı şəhəri
Azərbaycan Azərbaycan SSR
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Elm sahəsi Tikintinin İqtisadiyyatı
Elmi dərəcəsi İqtisad elmləri üzrə fəlsəfə doktoru
İş yerləri Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu
Təhsili Azərbaycan Politexnik İnstitutu

Həyatı[redaktə | mənbəni redaktə et]

Nuriyev Eldar Srac oğlu 16 may 1936-cı ildə Bakı şəhərində anadan olub.

Bakı şəhərindəki 18 nömrəli orta məktəbi 1956-cı ildə bitirib.

1956-1961-ci illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki AzMİU) inşaat fakültəsində mühəndis inşaatçı ixtisası üzrə ali təhsil alıb.

1961-ci ildə “Bakıbaştikinti” İdarəsinin 1 nömrəli evtikmə kombinatında gənc mütəxəssis kimi usta vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1964-1967-ci illərdə kombinatda partiya təşkilatının katibi olmuşdur.

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1966-cı ildə Daşkənd şəhərində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Özbəkistan KP MK-nın, Ali Sovetinin Rəyasət Heyətinin və Nazirlər Sovetinin 15 may 1969-cu il tarixli 1338 saylı qərarına əsasən Daşkənd şəhərinin bərpası və tikintisində fədakar əməyinə görə Fəxri Fərmanla təltif olunmuşdur.

1967-1972-ci illərdə Azərbaycan Kommunist Partiyasının MK-də məsul işdə çalışmışdır. 1972-ci ilin sentyabr ayından 1988-ci ilin dekabr ayına qədər Dövlət Plan Komitəsinin Elmi Tədqiqat İqtisadiyyat İnstitutunda bölmə müdiri, şöbə müdiri, elmi işlər üzrə direktor müavini, 1988-ci ilin dekabr ayından 1991-ci ilin yanvar ayınadək Azərbaycan Respublikası Tikinti Materialları Sənayesi Nazirinin müavini, 1991-ci ilin yanvar ayından 1998-ci ilin iyun ayınadək nazirliyin bazasında yaradılmış “Azərsənayetikintimaterialları” Dövlət Konserninin vitse-prezidenti, 1998-2000-ci illərdə Satınalmalar üzrə Dövlət Agentliyində şöbə müdiri vəzifələrində işləmişdir.

2001-2008-ci illərdə Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentlikdə satınalmalar üzrə menecer vəzifəsində çalışmışdır.

1975-ci ildə Moskvada Dövlət Tikinti Komitəsinin Elmi Tədqiqat Tikintinin İqtisadiyyatı İnstitutunda dissertasiya müdafiə etmiş və iqtisad elmləri namizədi adına layiq görülmüşdür. 50-dən çox dərc olunmuş elmi əsərin və bir monoqrafiyanın müəllifidir.

Respublika Dövlət Plan Komitəsinin rəhbərliyinin göstərişi əsasında əsaslı tikinti və onun maddi-texniki bazasının inkişafı üzrə materiallar “İqtisadiyyat və xalq təsərrüfatının planlaşdırılması, tikinti, tikinti-sənaye və tikinti materialları sənayesi” şöbəsində (şöbə müdiri Eldar Nuriyev) hazırlanmış, yarımçıq işlər başa çatdırılmış və direktiv orqanlara təqdim edilmişdir.

Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin Elmi-tədqiqat İqtisadiyyat İnstitutunda işlədiyi zaman 1982-ci ildə 2 cilddə buraxılmış “Azərbaycan SSR-də məhsuldar qüvvələrin 2000-ci ilə qədər olan dövrdə inkişafı və kompleks qiymətləndirilməsi” kitabının həm redaktoru, həm də müəlliflərindən biri Eldar Sirac oğlu Nuriyev olmuşdur.

1987-ci ilin iyun ayının sonundan 1987-ci ilin dekabr ayının əvvəlinə qədər direktor vəzifəsini müvəqqəti olaraq i.e.n. Eldar Sirac oğlu Nuriyev icra etmişdir.

“İctimai istehsalın intensivləşdirilməsi problemləri” mövzusunda redaksiya kollegiyasının məsul redaktoru i.e.n. Eldar Sirac oğlu Nuriyevin rəhbərliyi ilə elmi əsərlərin 10 çap vərəqi həcmində XX cildi nəşr edilmişdir.

1982-1990-cı illərdə Moskvada dərc edilən “Экономика строительства” jurnalında redaksiya heyətinin üzvü olmuşdur.

2008-2013-cü illərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “İqtisadiyyat və tikinti normaları” şöbəsinin müdiri vəzifəsində çalışır.

“Azərbaycanın inkişafında tikinti kompleksinin rolu” (2011-ci il) və “Müstəqil Azərbaycanda tikinti: 25 il misilsiz inkişaf yollarında” (2016-cı il) adlı kitabları çapdan çıxmışdır.

2013-cü ildən hal-hazıradək Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunda “İqtisadiyyat və tikinti normaları” şöbəsinin müdiri vəzifəsində çalışır.

Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasının üzvüdür.

“İqtisadiyyat və Tikinti Normaları” şöbəsi tərəfindən yerinə yetirilən işlər[redaktə | mənbəni redaktə et]

AzDTN 2.1-1 “Yüklər və Təsirlər” (81 səh.) 2014-2015-ci illər

AZDTN 2.15-1 ”Bina və qurğuların qrunt əsasları. Layihələndirmə normaları” (80 səh.) 2014-2015-ci illər

AZDTN 2.15-2 ”Svay bünövrələri.Layihələndirmə normaları” (75 səh.) 2014-2015-ci illər

AzDTN 2.22-1 ”Dam örtükləri. Layihələndirmə normaları” (124 səh.) 2014-2015-ci illər

İdarə və təşkilatlar üçün bina və yerləşgələr. Layihələndirmə normaları. (70 səh.) 2015-2016-cı illər

Dəmiryolu və avtomobil yollarının tunelləri. Layihələndirmə normaları. (60 səh.) 2015-2016-cı illər

“Avtonom istilik təchizatı mənbələrinin layihələndirmə qaydaları” (44 səh.) 2016-2018-ci illər

“Azərbaycanda бazar iqtisadiyyatı şəraitində tikintinin inkişafı” (0.5 ş/v) Azərbaycanda İnşaat və Memarlıq elmi-praktiki jurnal cild №1 2014

“Azərbaycan Respublikasının inkişafında Tikinti Kompleksinin rolu” (2011-ci il)

“Azərbaycan regionlarının dinamik inkişafında Dövlət Proqramlarının rolu” (0.5 ş/v) Azərbaycanda İnşaat və Memarlıq elmi-praktiki jurnal cild №2(5) 2015-cı il

Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu - 30 (1984-2014) (12 ç.v) 2015-ci il

“ Azərbaycanda tikinti: 25 il misilsiz inkişaf yollarında” (25,75 ç.v) 2016-cı il

“Binaların daxili su təchizatı və kanalizasiyası”. Layihələndirmə normaları. (75 səh.) 2019-cu il

“Ərazilərin subasma və daşqından mühəndis mühafizəsi”. Layihələndirmə normaları. (31 səh.) 2019-2020-ci illər

“Azərbaycan Respublikasında “Regionların Sosial-İqtisadi İnkişafının Dövlət Proqramları”nın həyata keçirilməsində Tikinti Kompleksinin rolunun təhlili, tikintinin və onun maddi-texniki bazasının əsas istiqamətlərinin proqnozlaşdırılması (2019-2021-ci illər)