Elektroenerji (və ya elektrik enerjisi) — generatortərəfindən elektrik şəbəkəsinə verilən və ya istehlakçı tərəfindən şəbəkədən alınan elektrik enerjisinin miqdarını təyin etmək üçün texnologiyada və gündəlik həyatda geniş istifadə olunan fiziki termin. Elektrik enerjisinin istehsalı və istehlakı üçün əsas ölçü vahidi kilovat-saatdır (və onun vahidl'ri). Daha dəqiq təsvir üçün, gərginlik, tezlik və fazaların sayı (dəyişən cərəyan üçün), nominal və maksimum elektrik cərəyanı kimi parametrlər istifadə olunur.
Dünyanın ən böyük elektrik enerjisi istehsal edən ölkələri dünya istehsalının müvafiq olaraq 24%-ni və 18%-ni istehsal edən Çin və ABŞ-dır.
2012-ci ildən Çin illik elektrik enerjisi istehsalı (2016-cı ildə 6,14 trilyon kVt/saat) üzrə lider mövqe tutmuşdur [1] .
2017-ci ildə qlobal elektrik enerjisi bazarı 5,61 milyard ABŞ dolları dəyərində qiymətləndirilib[2] . Elektrik enerjisi alqı-satqısının həcminin demək olar ki, 9/10-u Avropa ölkələrinin payına düşür. Ən böyük ixracatçılar Fransa (1,75 milyard dollar), Almaniya (731 milyon dollar), Hollandiya (410 milyon dollar), İspaniya (358 milyon dollar), Bosniya və Herseqovina (294 milyon dollar)dır. Ən böyük idxalçılar İtaliya (2,21 milyard dollar), Böyük Britaniya (1,07 milyard dollar), Mərakeş (360 milyon dollar), Yunanıstandır (328 milyon dollar).