Elektroenergetika sistemlərındə zədələnmələr və qeyri-normal rejimlər

Qısa qapanma zamanı şəbəkədəki qərginliyin azalması
Qısa qapanma zamanı şəbəkədəki gərginliyin azalması

Elektroenergetika sistemlərində müxtəlif zədələnmələrin və qeyri-normal rejimlərinin əmələ gəlməsi baş verə bilər.

Zədələnmələrinin əsas növlərindən biri qısa qapanmalar sayılır.

Qısaqapanma dedikdə normal iş rejiminin pozulması ilə nəticələnən üçfazalı elektrik qurğularında fazalar arası qapanma, neytralı bilavasitə və effektiv torpaqlanmış şəbəkələrdə fazanın yerlə qapanması və elektrik maşınlarında sarğılararası qapanma nəzərdə tutulur.

Qısaqapanma elektrik dövrələrində fazalar arası və yaxud da faza ilə yer arasında izolyasiyanın pozulması zamanı yaranır. İzolyasiyanın pozulması bir neçə səbəbdən ola birlər. Məsələn, izolyasiyanın köhnəlməsindən, elektrik veriliş xətlərində (EVX) fazaların kənardan tullanmış əşyalar vasitəsilə qapanması, xəttin qırılıb yerə düşməsi, yer qazan zaman kabel xətlərinin mexaniki zədələnməsi, elektrik veriliş xətlərinə ildırımın düşməsi və s.

Qısa qapanmalar cərəyanın kəskin artması, eyni zamanda gərginliyin azalması ilə müşayiət olunur. Cərəyanın artması elektrik avadanlıqlarının yolverilməz qızmasına və dinamiki zədələnmələrinə səbəb olur, bu da elektroenergetika sisteminin normal iş rejiminin pozulmasına gətirib çıxarır. Qısa qapanma zamanı cərəyanın artması şəbəkəyə daxil olan bütün elementlərin də gərginlik düşgülərinin artmasına gətirib çıxarır. Bunun nəticəsində şəbəkənin müxtəlif nöqtələrində gərginlik kəskin şəkildə aşağı düşür, qısa qapanma nöqtəsində isə hətta sıfır qiymətinə kimi azalır. Gərginliyin azalması generatorların və mühərriklərin sinxron işinin pozulması və sistemin dayanıqlığının itməsi ilə nəticələnir.

Qısa qapanmaların növləri

[redaktə | mənbəni redaktə et]
Qısa qapanmaların növləri
Qısa qapanmaların növləri

Elektrik şəbəkələrində aşağıdakı növ qısa qapanmalar olur:

  1. Neytralı torpaqlanmış şəbəkələrində birfazlı yerlə qısa qapanmalar (yaranma ehtimalı 60–90 % təşkil edir);
  2. İkifazlı qısa qapanmalar (yaranma ehtimalı 2–15 % təşkil edir);
  3. İkifazlı yerlə qısa qapanmalar (yaranma ehtimalı 5–20 % təşkil edir);
  4. Üçfazlı qısa qapanmalar (yaranma ehtimalı 1–7 % təşkil edir).

Elektroenergetika sistemində qeyri-normal iş rejimləri

[redaktə | mənbəni redaktə et]

Elektroenergetika sistemində aşağıdakı qeyri-normal iş rejimləri yarana bilər:

  1. Artıq yüklənmələr (simmetrik və ya qeyri-simmetrik);
  2. Tezliyin dəyişməsi;
  3. Gərginliyin artması və ya azalması;
  4. Asinxron rejim;
  5. Neytralı izolə olunmuş şəbəkələrdə bir fazanın yerlə qapanması.

Qıqa qapanmalar zamanı qəzanın aradan qaldırılması üçün sistemin zədələnmiş hissəsi mümkün qədər tez açılmalıdır. Qısa qapanmalardan fərqli olaraq, texniki normalarına görə qeyri-normal rejimlərində elektroenergetika sisteminin işi müəyyən müddət ərzində davam oluna bilər. Bu halda sistemin normal iş rejiminin pozulması barədə avtomatik olaraq siqnal verilməlidir ki, texniki personal qeyri-normal iş rejiminin aradan qaldırılması üçün lazımi tədbirlər görsün. Beləliklə, zədələnmiş elementlərinin (xətlərin, generatorların, transformatorların və s.) aşkar edib açılması və normal iş rejiminin pozulması barədə qəza siqnallarının verilməsi rele mühafizəsi qurğuları tərəfindən yerinə yetirilir.